“Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1149-IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1149-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1149-IVQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1149-IVQD nömrəli Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 fevral 2015-ci il.
5 февраля 2015, 09:0230 октября 2017, 05:10
О награждении М.Дж.Гасымлы орденом «Шохрат» подробно...
30 октября 2017, 05:10
О награждении Р.Дж.Абдуллаева орденом «Истиглал» подробно...
27 октября 2017, 05:10
О дополнительных мерах по обеспечению потребителей водоизмерительными приборами подробно...
26 октября 2017, 09:10
О мерах по строительству автомобильной дороги Делимамедли-Муздурлар-Гырыглы Геранбойского района подробно...
25 октября 2017, 09:10
О проведении 135-летнего юбилея великого азербайджанского поэта и драматурга Гусейна Джавида подробно...
25 октября 2017, 09:10
О дополнительных мерах по продолжению проекта реконструкции систем водоснабжения и канализации города Лянкяран подробно...
24 октября 2017, 09:10
О мерах по строительству автомобильной дороги Шеки-Киш города Шеки подробно...
20 октября 2017, 09:10
О присвоении Х.Т.Оруджеву высшего воинского звания генерал-майора подробно...
23 октября 2017, 09:10
О награждении азербайджанских энергетиков медалью «Терегги» подробно...
23 октября 2017, 09:10
О присвоении почетных званий группе энергетиков Азербайджана подробно...