“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1133-IVQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1133-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 83-cü maddəsinin II hissəsinin ikinci cümləsində “müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəzərdə tutulur.
4. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 666; 2001, № 7, maddə 459; 2003, № 10, maddələr 546, 571; 2004, № 8, maddə 617, № 12, maddə 1005; 2006, № 9, maddə 743; 2008, № 8, maddə 719; 2009, № 4, maddə 226, № 8, maddə 630; 2010, № 7, maddə 606; 2011, № 6, maddə 510; 2012, № 5, maddə 423, № 11, maddə 1079; 2014, № 9, maddə 1043) 2-ci hissəsinin beşinci - on dördüncü abzasları müvafiq olaraq altıncı - on beşinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:
“həmin Qanunun 83-cü maddəsinin II hissəsinin ikinci cümləsində “müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəzərdə tutulur;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 fevral 2015-ci il.
5 февраля 2015, 09:0230 сентября 2014, 13:09
Парламент Азербайджана наметил план законодательной работы на осеннюю сессию подробно...
29 сентября 2014, 13:09
Окончательный вариант Плана регионального развития Большого Баку будет представлен в Кабинет министров подробно...
26 сентября 2014, 15:09
Утверждён список документов для получения разрешения на эксплуатацию объектов строительства подробно...
26 сентября 2014, 15:09
В Азербайджане утверждены условия получения дополнительного разрешения на строительство подробно...
26 сентября 2014, 09:09
Азербайджан примет закон о кулинарной культуре подробно...
25 сентября 2014, 09:09
О дополнительных мерах по ускорению социально-экономического развития Габалинского района подробно...
25 сентября 2014, 09:09
О некоторых мерах безопасности на линии соприкосновения Вооруженных сил Азербайджанской Республики с Вооруженными силами Республики Армения подробно...
24 сентября 2014, 16:09
Министерство труда не видит ущемления бизнеса от электронной регистрации контрактов, Министерство налогов считает иначе подробно...
24 сентября 2014, 15:09
Министерство образования будет готовить менторов по чтению подробно...
24 сентября 2014, 09:09
О дополнительных мерах по ускорению социально-экономического развития Исмаиллинского района подробно...