“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1162-IVQD nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1162-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.1 və 247.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 fevral 2015-ci il.

5 февраля 2015, 09:02

http://www.azertag.net

2821—2830 из 3607

2 февраля 2015, 09:02

О предоставлении Президентских премий молодежи за 2015 год   подробно...

29 января 2015, 09:01

О награждении сотрудников Государственного таможенного комитета Азербайджанской Республики   подробно...

29 января 2015, 09:01

О присвоении высших специальных званий сотрудникам Государственного таможенного комитета Азербайджанской Республики   подробно...

28 января 2015, 09:01

О назначении М.Х.Мамедова главой Исполнительной власти Уджарского района   подробно...

28 января 2015, 09:01

О назначении Я.Г.Мамедова главой Исполнительной власти Губинского района   подробно...

28 января 2015, 09:01

Об освобождении Я.Г.Мамедова от должности главы Исполнительной власти Уджарского района   подробно...

28 января 2015, 09:01

Об освобождении М.Х.Мамедова от должности главы Исполнительной власти Гейчайского района   подробно...

28 января 2015, 09:01

О назначении М.А.Агаева главой Исполнительной власти Гейчайского района   подробно...

28 января 2015, 09:01

Об освобождении М.А.Агаева от должности главы Исполнительной власти Губинского района   подробно...

27 января 2015, 09:01

О награждении орденом «Шохрат» Р.С.Тагиевой   подробно...