“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1140-IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1140-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 fevral 2015-ci il.
5 февраля 2015, 09:02
28 августа 2015, 09:08
О дополнительных мерах по строительству автомобильной дороги Аскерабад-Муган Билясуварского района подробно...
26 августа 2015, 09:08
О дополнительных мерах в связи со строительством автомобильной дороги Хюсюлю-Кюрдляр-Шарафханлы-Мирзаагвердили Агджабединского района подробно...
25 августа 2015, 09:08
О мерах по улучшению материально-технического обеспечения животноводства подробно...
25 августа 2015, 09:08
О дополнительных мерах в связи со строительством автомобильной дороги Низами- Алиламбейли-Азадкенд-Сарханбейли Сабирабадского района подробно...
25 августа 2015, 09:08
О награждении военнослужащих Особой службы государственной охраны Азербайджанской Республики подробно...
25 августа 2015, 09:08
О присвоении Э.Б.Гамидову высшего воинского звания генерал-майора медицинской службы подробно...
18 августа 2015, 10:08
О дополнительных мерах в связи со строительством автомобильной дороги Джалилабад-Астанлы-Джанган-Солтанкенд Джалилабадского района подробно...
18 августа 2015, 10:08
О присвоении А.А.Гасымову почетного звания «Заслуженный врач» подробно...
18 августа 2015, 10:08
О присвоении Э.С.Мамедову почетного звания «Заслуженный журналист» подробно...
18 августа 2015, 10:08
О награждении военнослужащих Государственной пограничной службы Азербайджанской Республики подробно...