“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1132-IVQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1132-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 fevral 2015-ci il.

4 февраля 2015, 09:02

http://www.azertag.net

1361—1370 из 3607

29 июня 2018, 08:06

Распоряжение Президента Азербайджанской Республики О проведении 100-летнего юбилея Имрана Касумова   подробно...

28 июня 2018, 08:06

Распоряжение Президента Азербайджанской Республики Об утверждении нового состава Наблюдательного совета Государственного нефтяного фонда Азербайджанской Республики   подробно...

28 июня 2018, 08:06

Распоряжение Президента Азербайджанской Республики О мерах по подготовке генерального плана города Баку   подробно...

25 июня 2018, 08:06

Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Балакен-Ханифа-Гюлюзанбина Балакенского района   подробно...

25 июня 2018, 08:06

Распоряжение Президента Азербайджанской Республики О проведении 100-летнего юбилея Мехти Гусейнзаде   подробно...

25 июня 2018, 08:06

Распоряжение Президента Азербайджанской Республики О присвоении почетных званий работникам здравоохранения Азербайджанской Республики   подробно...

25 июня 2018, 08:06

Распоряжение Президента Азербайджанской Республики О награждении медалью «Терегги» работников здравоохранения Азербайджанской Республики   подробно...

25 июня 2018, 08:06

Распоряжение Президента Азербайджанской Республики Об утверждении А.А.Ализаде на должность президента Национальной Академии Наук Азербайджана   подробно...

25 июня 2018, 08:06

Распоряжение Президента Азербайджанской Республики О предоставлении работникам морского транспорта Азербайджанской Республики персональной пенсии Президента Азербайджанской Республики   подробно...

25 июня 2018, 08:06

Распоряжение Президента Азербайджанской Республики О награждении работников машиностроительной промышленности Азербайджанской Республики   подробно...