Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 fevral tarixli 16 nömrəli qərarı ilə təsdiq edilmiş "Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi üzrə fitosanitar qaydaları"nda dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 13

Bakı şəhəri, 26 yanvar 2015-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 fevral tarixli 16 nömrəli qərarı ilə təsdiq edilmiş "Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi üzrə fitosanitar qaydaları"nda dəyişikliklər edilməsi haqqında

"Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 330 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 fevral tarixli 16 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 141; 2005, № 1, maddə 49, № 6, maddə 558; 2006, № 4, maddə 370) ilə təsdiq edilmiş "Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi üzrə fitosanitar Qayda-ları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü hissədə "və öz səlahiyyətləri daxilində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti həyata keçirirlər" sözləri "həyata keçirir" sözləri ilə əvəz edilsin.

2. 5-ci hissənin birinci abzasında ", Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yerli nümayəndələrinin" sözləri "yerli qurumlarının" sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

2 февраля 2015, 09:02

http://cabmin.gov.az/

3191—3200 из 3607

23 июня 2014, 09:06

Об освобождении судей апелляционных судов Азербайджанской Республики от должности   подробно...

23 июня 2014, 09:06

О назначении З.Ш.Зарбалиева судьей Гянджинского апелляционного суда   подробно...

23 июня 2014, 09:06

О назначении И.М.Насирова судьей Верховного суда Азербайджанской Республики   подробно...

20 июня 2014, 09:06

Об учреждении профессионального праздника «День моряка»   подробно...

20 июня 2014, 09:06

О дополнительных мерах в области поддержки связанных с Азербайджаном проектов зарубежных неправительственных организаций   подробно...

19 июня 2014, 16:06

Министр связи и высоких технологий Азербайджана встретился с вице-президентом Ирана   подробно...

18 июня 2014, 15:06

В Азербайджане предлагается страховать жизнь заёмщиков – физических лиц   подробно...

19 июня 2014, 14:06

Самое оптимальное медицинское страхование обещано азербайджанским гражданам   подробно...

18 июня 2014, 09:06

Азербайджан предложил UNWTO свои механизмы развития туристических дестинаций   подробно...

17 июня 2014, 09:06

О присвоении почетных званий работникам здравоохранения Азербайджанской Республики   подробно...