"Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılmasıQaydaları"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN   RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 4

Bakı şəhəri, 12 yanvar 2015-ci il

"Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılmasıQaydaları"nın təsdiq edilməsi haqqında

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.26-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Tikintilərin Dövlət  reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin  2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmişdir

Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması

QAYDALARI

1. Ümumi müddəalar

 1.1. Tikintilərin Dövlət  reyestrinə (bundan sonra - Reyestr) daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları (bundan sonra - Qaydalar)  "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.26-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə  hazırlanmışdır və şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin tərkib hissəsi olmaqla, Reyestrə daxil edilən məlumatların tərkibini, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydalarını tənzimləyir.

1.2. Reyestr  tikilən, istismar edilən, sökülən tikinti obyektləri barədə və ərazi planlaşdırılmasının sabitliyinin təmin edilməsi məqsədi ilə planlaşdırılacaq ərazidə tikinti niyyətinin həyata keçirilməsi ilə bağlı, habelə həmin ərazidə yerləşən torpaq sahələrində onların dəyərini əhəmiyyətli şəkildə artıran dəyişikliklər edilməsi ilə bağlı qadağaların qeydiyyatını aparmaqdan ibarətdir.

1.3. Bu Qaydalar aşağıdakıları müəyyən edir:

1.3.1. Reyestrə daxil edilən tikinti obyektlərinə dair məlumatları  və onların tərkibini;

1.3.2. məlumatların Reyestrə təqdim edilməsini;

1.3.3. məlumatların Reyestrə daxil olunmasından imtina edilməsini və imtina edilmənin əsaslarını və müddətini;

1.3.4. məhdudiyyət və qadağaların qeydiyyatını.

1.4.  Reyestrin aparılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən büdcə vəsaiti  hesabına həyata keçirilir.

1.5. Reyestrə daxil edilən məlumatlar "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq saxlanılır.

 2. Reyestrin aparılmasının məqsəd

2.1. Reyestrin aparılmasında məqsəd - yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən nəzərdə tutulmuş qadağa və məhdudiyyətləri, tikilən, istismar edilən və sökülən tikintiləri qeydə almaqla, onların istifadəsi, planlaşdırılmasına dair dövlət orqanlarını və bələdiyyələri, hüquqi və fiziki şəxsləri müvafiq məlumatlarla təmin etməkdən ibarətdir.

 3. Reyestrə daxil edilən məlumatların tərkibi

3.1.  Reyestrə daxil edilən məlumatların tərkibi aşağıdakılardır:

3.1.1. tikintiyə icazə verən yerli icra hakimiyyəti orqanı tərəfindən Reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə dair sənəd və məlumatlar, o cümlədən:

3.1.1.1. obyektin tikintisinə icazənin surəti;

3.1.1.2. sifarişçinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;

3.1.1.3.  tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarış və ya təsdiq edilmiş şəhərsalma əsaslandırılması;

3.1.1.4. tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi;

3.1.1.5. tikinti obyektinin  əsas texniki göstəriciləri, yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (koordinatlar bu Qaydaların 3.1.1.2-ci yarımbəndində nəzərdə tutulan sənədlərdə göstərilmədiyi hallarda), situasiya  planı və təyinatı barədə məlumat.

3.1.2.Tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı aşağıdakı məlumatlar yerli icra hakimiyyəti orqanı  tərəfindən Reyestrə təqdim edilir:

3.1.2.1. tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları;

3.1.2.2. tikinti obyektinin istismarına icazə verən orqanın adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası;

3.1.2.3. tikinti obyektinin istismarına icazə verildiyi tarix və icazənin nömrəsi;

3.1.2.4. tikinti obyektinin istismar təyinatı;

3.1.2.5. tikinti obyektinin əsas texniki göstəriciləri (layihə üzrə və faktiki);

3.1.2.6.  Reyestr tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi;

3.1.2.7.  tikinti obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edilməsini və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı.

3.1.3. Sökülməsi nəzərdə tutulan tikinti obyektləri barədə məlumat (ünvanı,  ümumi sahəsi və həcmi).

3.1.4.Yerli icra hakimiyyəti orqanı və ya bələdiyyələr tərəfindən ərazi planlaşdırılmasına qoyulan qadağa və məhdudiyyətlərin tətbiqi ilə bağlı sənədlərin surətləri.

3.1.5. Məlumatlandırma icraatının tətbiq olunduğu, tikintisi başa çatmış tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin surəti.

 4. Təqdim edilən sənəd və məlumatların  Reyestrə daxil edilməsi və  kodlaşdırılması

4.1.  Reyestr  respublikanın inzibati ərazi vahidləri üzrə kağız üzərində və elektron daşıyıcılarda aparılır.

4.2. Yerli icra hakimiyyəti orqanı tikintiyə icazə verdiyi tarixdən 10 (on) gün müddətində bu Qaydaların  3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları  Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə  kod verilir  və  bu barədə bu Qaydalara Əlavədə göstərilən Şəhadətnamə məlumatları təqdim etmiş yerli icra hakimiyyəti orqanına göndərilir. Kağız və elektron daşıyıcılarda qeydə alınmış göstəricilər bir-birinə uyğun olmalıdır. Fərq aşkar edilərsə, kağız üzərində olan yazılara üstünlük verilir. Reyestrə daxil edilmiş tikinti obyektlərinə dair sənəd və məlumatlar qovluqlarda saxlanılır. Gələcəkdə həmin tikintilərdə müvafiq dəyişikliklər edilməsi barədə məlumat daxil olduqda həmin məlumatlar aidiyyəti qovluqlara əlavə olunur və rəhbərin yazılı göstərişi əsasında Reyestrdə müvafiq dəyişikliklər aparılır.

4.3. Bu Qaydaların  3.1.1-ci yarımbəndində qeyd olunan sənəd və məlumatlar tam tərkibdə Reyestrə təqdim edilmədikdə, tikinti obyekti Reyestrdə qeydə alınmır və bu barədə 3 (üç) iş günü müddətində  məlumatları təqdim etmiş yerli icra hakimiyyəti orqanına əsaslandırılmış imtina məktubu göndərilir. Yerli icra hakimiyyəti orqanı çatışmayan sənəd və məlumatları imtina məktubunu aldığı tarixdən 5 (beş) iş günü müddətində Reyestrə təqdim edir.

4.4. Reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış,  lakin istismarına icazə verilməmiş tikinti obyektlərinə dair bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulan  məlumat və sənədlər yerli icra hakimiyyəti orqanı və ya sifarişçi tərəfindən Reyestrə təqdim edilir və tikinti obyektinə kod verilir.

4.5. Reyestr kitabı keyfiyyətli kağızdan hazırlanır, möhkəm cildlənir və qaytanlanır.

4.6. Reyestrdə qeydə alınmış tikintilərə verilən kodlar aşağıdakı kimi formalaşır:

4.6.1. Azərbaycan  Respublikası  Dövlət  Statistika  Komitəsinin tərtib etdiyi "İnzibati-ərazi bölgüsü  təsnifatı"na əsasən inzibati ərazi kodu;

4.6.2. tikinti yerləşdiyi torpaq sahəsinin mülkiyyət forması (dövlət mülkiyyəti, bələdiyyə mülkiyyəti, xüsusi mülkiyyət olması);

4.6.3. bina və qurğuların funksional təyinatına görə təsnifatı üzrə kodu;

4.6.4. Reyestr kitabında qeydə alındığı nömrə və bu nömrənin verildiyi ay və il.

 Məsələn: 30900002-1-1101-000001/0112

burada : 30900002- Sumqayıt  inzibati-ərazi bölgüsü təsnifatına əsasən inzibati ərazi kodu; 1-tikinti yerləşən torpaq sahəsinin mülkiyyət növü - yəni dövlət mülkiyyəti; 1101-bina və qurğuların funksional təyinatına görə təsnifatı üzrə kodu- yəni çoxmənzilli çoxmərtəbəli yaşayış binası; 000001- reyestr kitabında qeydə alındığı nömrə; 0112-isə tikintinin qeydə alındığı ay və ildir (2012-ci il yanvar).

4.7.  Tikinti obyektinin  istismarına icazə verilməsinə dair qərar qəbul edildiyi gündən yerli icra hakimiyyəti orqanları bu Qaydaların 3.1.2-ci yarımbəndində nəzərdə tutulmuş sənədləri  5 (beş) iş günü müddətində Reyestrə təqdim edir və 3 (üç) iş günü müddətində bu məlumatlar Reyestrin internet səhifəsində yerləşdirilir.

4.8. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyi Azərbaycan Respub-likasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.2-ci, yerli icra hakimiyyəti orqanları isə 95.4-cü maddələrinə müvafiq olaraq sökülməsinə dair qərar qəbul edilmiş tikintilər barədə məlumatları müvafiq qərar qəbul etdikləri tarixdən 10 (on) gün müddətində Reyestrə təqdim edirlər. Bu məlumatlar tikinti Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilir.

 5. Yekun müddəa

 5.1. Bu Qaydalara Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla dəyişiklik edilə bilər.             

 

 

 

"Tikintilərin Dövlət reyestrinə daxil edilən

məlumatların tərkibi, həmin məlumatların

təqdim edilməsi və reyestrin aparılması

Qaydaları"na

 

Əlavə

Azərbaycan Respublikası

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

 Tikintilərin Dövlət Reyestri

 Tikinti obyektlərinə verilən koda dair

 Şəhadətnamə

                                                                                                                 

Seriya AZE №___________

 

 

Verilir_______________________________________________________

(kod təqdim edilən hüquqi və ya fiziki şəxsin adı və ünvanı)

_____________________________________________________________

(tikintinin adı və ya təyinatı)

_____________________________________________________________
(tikinti yerləşdiyi ünvan)

          _____________________________________________________________          

(tikintinin Dövlət Reyestrində qeydəalınma nömrəsi və tarixi)

         _____________________________________________________________

(tikintiyə verilən kodun nömrəsi və tarixi)

 

 

 

Müəssisənin (təşkilatın) rəhbəri                                                _____________________

                                                                                 (imzası adı və soyadı)

 

 

    M.Y.

21 января 2015, 09:01

http://cabmin.gov.az/

61—70 из 3607

16 декабря 2022, 08:12

Распоряжение Президента Азербайджанской Республики О внесении изменений в Распоряжение Президента Азербайджанской Республики «О составе Межправительственной комиссии по двустороннему сотрудничеству между Правительством Азербайджанской Республики и Правительством Литовской Республики от Азербайджанской Республики» от 4 ноября 2009 года номер 579   подробно...

16 декабря 2022, 08:12

Распоряжение Президента Азербайджанской Республики О награждении сотрудников Министерства по чрезвычайным ситуациям Азербайджанской Республики   подробно...

9 декабря 2022, 08:12

Распоряжение Президента Азербайджанской Республики О награждении О.И.Залова орденом «За службу Отечеству» 1-й степени   подробно...

7 декабря 2022, 07:12

Распоряжение Президента Азербайджанской Республики О мерах, связанных с объявлением города Шуша «Культурной столицей тюркского мира» на 2023 год   подробно...

1 декабря 2022, 07:12

Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильных дорог Абазаллы-Текле-Шорбачы-Медетли-Новрузаллы-Мамедрзалы-Мешедиляр-Досталлы-Шотуклу-Бойханлы-Меликгасымлы и Шивеленге-Адналы-Бедирли Джалилабадского района   подробно...

1 декабря 2022, 07:12

Распоряжение Президента Азербайджанской Республики О присвоении почетного звания «Заслуженный журналист» и предоставлении персональной пенсии Президента Азербайджанской Республики лицам, активно участвующим в общественно-политической жизни Азербайджанской Республики   подробно...

1 декабря 2022, 07:12

Распоряжение Президента Азербайджанской Республики О награждении «Почетным дипломом Президента Азербайджанской Республики» лиц, активно участвующих в общественно-политической жизни Азербайджанской Республики   подробно...

1 декабря 2022, 07:12

Распоряжение Президента Азербайджанской Республики О награждении Вайры Вике-Фрейберги «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

1 декабря 2022, 07:12

Распоряжение Президента Азербайджанской Республики О награждении лиц, принимающих активное участие в общественно-политической жизни Азербайджанской Республики   подробно...

30 ноября 2022, 07:11

Распоряжение Президента Азербайджанской Республики Об утверждении «Плана мероприятий в связи с объявлением 2023 года в Азербайджанской Республике «Годом Гейдара Алиева»   подробно...