“Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1137-IVQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1137-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 yanvar 2015-ci il.
21 января 2015, 09:0118 ноября 2014, 09:11
Участникам Третьего общереспубликанского форума детей подробно...
17 ноября 2014, 09:11
О мерах по строительству нового здания для полной средней школы номер 20 в Ясамальском районе города Баку подробно...
17 ноября 2014, 09:11
Президенту Государства Палестина Его превосходительству господину Махмуду Аббасу подробно...
17 ноября 2014, 09:11
Участникам IV съезда Общественного объединения «Русская община Азербайджана» подробно...
14 ноября 2014, 09:11
О мерах по строительству Зыхского судоремонтного завода в городе Баку подробно...
12 ноября 2014, 15:11
Азербайджан отмечает День Конституции подробно...
11 ноября 2014, 09:11
О присвоении М.М.Гасанову и И.М.Мамедову почетного звания «Заслуженный инженер» подробно...
11 ноября 2014, 09:11
О награждении медалью «Терегги» группы работников Бакинского метрополитена подробно...
11 ноября 2014, 09:11
О награждении орденом «Шохрат» С.А.Керими подробно...
11 ноября 2014, 09:11
О присвоении Б.А.Агарагимову почетного звания «Заслуженный инженер» подробно...