Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 403
Bakı şəhəri, 26 dekabr 2014-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1246; 2014, № 7, maddə 933) ilə təsdiq edilmiş "Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
"3.4. Dövlət nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi, dövlət nəzarəti materiallarına baxılmasının nəticələri üzrə qərarın çıxarılması və aşkar olunmuş pozuntu faktları üzrə tədbirlərin görülməsi "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.".
2. 3.5-ci bənd ləğv edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
14 января 2015, 09:01
30 мая 2014, 09:05
О мерах по строительству автомобильной дороги Шоркенд-Бешталы-Банкя-Ширванлы Нефтчалинского района подробно...
29 мая 2014, 13:05
Ограничена возможность получения российского гражданства подробно...
29 мая 2014, 09:05
О присуждении Государственных премий Азербайджанской Республики в области науки, культуры и литературы за 2014 год подробно...
27 мая 2014, 13:05
Счётная палата проведёт проверку Министерства налогов подробно...
27 мая 2014, 12:05
Паромный терминал Бакинского торгового порта будет перенесён в Алят за летние месяцы подробно...
27 мая 2014, 09:05
О помиловании ряда осужденных лиц подробно...
26 мая 2014, 16:05
IOTA меняет формат деятельности подробно...
26 мая 2014, 12:05
Азербайджан и OECD договорились о взаимной административной помощи по налоговым вопросам подробно...
26 мая 2014, 11:05
Главы МИД Азербайджана, Турции и Туркменистана встретятся сегодня в Баку подробно...
26 мая 2014, 10:05
О награждении орденом «Шохрат» И.Д.Абасова подробно...