2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 yanvar 2015-ci il tarixli 157 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 79 saylı İmişli seçki dairəsindən Xəlfəli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Cəfərov Habil Famil oğlu və digərləri Mərkəzi Seçki Komissiyasına müraciət edərək həmin seçki dairəsinin 23, 24 və 25 saylı seçki məntəqələrində səsvermə günü qanun pozuntularının baş verdiyini və bununla bağlı şikayətin araşdırılmasına dair dairə seçki komissiyasının 2 yanvar 2015-ci il tarixli 1/2 saylı qərarının əsassız olduğunu iddia edərək həmin qərarın ləğv edilməsini və müvafiq tədbirlərin görülməsini xahiş etmişlər.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olduğundan icraata qəbul edilmiş və Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

 

Araşdırma zamanı müraciətdə mübahisələndirilən seçki məntəqələri məntəqə seçki komissiyası üzvlərinin, həmin seçki məntəqələrində səsvermə günü müşahidə aparmış müşahidəçilərin izahatlarına və tərtib edilmiş aktlara əsasən müraciətdə iddia edilən hallar öz təsdiqini tapmamışdır.

 

Ərizəçi H.F.Cəfərovun müraciətinin araşdırılması zamanı 79 saylı İmişli seçki dairəsinin 23, 24 və 25 saylı seçki məntəqələri məntəqə seçki komissiyaları üzvlərinin,  Xəlfəli bələdiyyəsi üzvlüyünə qeydə alınmış, lakin seçilməmiş namizədlərin, həmin seçki məntəqələrində səsvermə günü müşahidə aparmış müşahidəçilərin izahatlarına və tərtib edilmiş aktlara əsasən müəyyən edilmişdir ki, mübahisələndirilən seçki məntəqələrində səsvermə seçicilərin yüksək fəallığı ilə keçmiş, hər bir seçici aktiv seçki hüququnu hər hansı təsir olmadan reallaşdırmış, səsvermə prosesi əvvəldən sona qədər müxtəlif siyasi partiyaları təmsil edən və öz təşəbbüsü ilə müşahidə aparan müşahidəçilərin bilavasitə müşahidəsi ilə həyata keçirilmişdir.

 

Belə ki, 79 saylı İmişli seçki dairəsinin 23, 24 və 25 saylı seçki məntəqələri məntəqə seçki komissiyalarının üzvləri D.B.Abbasov, E.X.Hüseynov, T.M.Balakişiyev, S.K.Novruzov, F.B.Tarverdiyev, S.Z.Muradov, müşahidəçilər A.Ə.Məmmədov, İ.X.Şıxəliyev, R.Y.Məmmədov, V.B.Məsimov, S.Q.Həsənov, Xəlfəli bələdiyyəsi üzvlüyünə qeydə alınmış, lakin seçkilərdə kifayət qədər səs toplamamış namizədlər S.Q.İmanov, L.F.Novruzova,  E.F.Mikayılova və İ.S.İmanov izahatlarında bildirmişlər ki, seçkilər günü səsvermə prosesində hər hansı qanun pozuntusu müşahidə edilməmiş, səsvermənin gedişinə müdaxilə olunmamış, eyni zamanda, hər bir seçici şəxsən səs vermiş, səslərin hesablanması qanunauyğun aparılmış, səsvermənin nəticələrinə dair məntəqə seçki komissiyasının protokolu seçki məntəqəsində tərtib edilmişdir.

 

Ərizəçi tərəfindən seçkilər günü səsvermədə iştirak etməyən seçicilərin əvəzinə səs verilməsi, məntəqə seçki komissiyalarının sədrləri tərəfindən seçki bülletenlərində arzu etdikləri qeydə alınmış namizədlərin adlarının qarşısına işarələr qoyulması iddiaları əldə olunan izahatlara və digər sənədlərə əsasən öz təsdiqini tapmamışdır.

 

Tam, obyektiv və qərəzsiz araşdırma ilə əldə edilmiş yazılı sübutlarla müraciətdə iddia olunan hallar təkzib olunduğundan şikayət təmin edilməməli və 79 saylı İmişli seçki dairəsi dairə seçki komissiyasının 2 yanvar 2015-ci il tarixli 1/2 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

 

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında “Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən  qərara alır:

 

1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 79 saylı İmişli seçki dairəsindən Xəlfəli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Cəfərov Habil Famil oğlu və digərlərinin 10 yanvar 2015-ci il tarixli 157 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və həmin seçki dairəsi dairə seçki komissiyasının 2 yanvar 2015-ci il tarixli 1/2 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr      Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov

12 января 2015, 09:01

http://www.azertag.net

51—60 из 3607

28 декабря 2022, 08:12

Распоряжение Президента Азербайджанской Республики О награждении группы сотрудников Государственного агентства по оказанию услуг гражданам и социальным инновациям при Президенте Азербайджанской Республики   подробно...

26 декабря 2022, 16:12

Распоряжение Президента Азербайджанской Республики О награждении Ф.Ш.Бадалбейли орденом «Шараф»   подробно...

22 декабря 2022, 14:12

Распоряжение Президента Азербайджанской Республики О назначении З.И.Фати-заде председателем Правления Службы финансового мониторинга Азербайджанской Республики   подробно...

22 декабря 2022, 14:12

Распоряжение Президента Азербайджанской Республики О назначении А.Г.Керимли первым заместителем министра культуры Азербайджанской Республики   подробно...

22 декабря 2022, 14:12

Распоряжение Президента Азербайджанской Республики Об освобождении А.Г.Керимли от должности первого заместителя директора Центра Гейдара Алиева   подробно...

22 декабря 2022, 14:12

Распоряжение Президента Азербайджанской Республики Об освобождении А.Г.Керимова от должности министра культуры Азербайджанской Республики   подробно...

21 декабря 2022, 08:12

Распоряжение Президента Азербайджанской Республики О мерах, связанных с проведением в 2023 году очередного конкурса «Восхождение»   подробно...

21 декабря 2022, 08:12

Распоряжение Президента Азербайджанской Республики О награждении О.Г.Эльдарова орденом «Эмек» 1-й степени   подробно...

21 декабря 2022, 08:12

Распоряжение Президента Азербайджанской Республики О регулировании должностных окладов сотрудников Государственной миграционной службы Азербайджанской Республики, имеющих специальное звание   подробно...

16 декабря 2022, 08:12

Распоряжение Президента Азербайджанской Республики О досрочном прекращении полномочий судьи Сабунчинского районного суда города Баку С.А.Агаева   подробно...