2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 yanvar 2015-ci il tarixli 158 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 92 saylı Zərdab-Ucar seçki dairəsindən Məlikumudlu bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Əhmədov Ataş Davud oğlu 2015-ci il yanvarın 10-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, həmin seçki dairəsi üzrə 31 saylı seçki məntəqəsində iddia edilən qanun pozuntuları ilə bağlı müraciətinin araşdırılmasında onun iştirakının dairə seçki komissiyası tərəfindən təmin edilməməsini mübahisələndirmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Müraciət etmiş şəxsə araşdırma aparılması barədə məlumat verilmiş, ona araşdırmada iştirak etmək hüququ izah edilmişdir.
Araşdırma prosesində müəyyən edilmişdir ki, A.D.Əhmədov və onun tərəfindən təyin edilmiş müşahidəçi E.S.Quliyev 92 saylı Zərdab-Ucar seçki dairəsinin 31 saylı seçki məntəqəsində səsvermə günü qanun pozuntularının olması ilə bağlı 2014-cü il dekabrın 27-də həmin dairə seçki komissiyasına müraciət etmiş, müraciətə 2014-cü il dekabrın 28-də mahiyyəti üzrə baxılmış və onun təmin edilməməsi barədə 17/42 saylı qərar qəbul edilmişdir.
92 saylı Zərdab-Ucar seçki dairəsinin dairə seçki komissiyası tərəfindən təqdim edilmiş arayış və müşahidəçi E.S.Quliyevin izahatından müəyyən edilir ki, qeydə alınmış namizəd A.D.Əhmədov və onun təyin etdiyi müşahidəçi araşdırmaya dəvət olunsalar da, ərizəçilərdən yalnız E.S.Quliyev komissiyanın iclasında iştirak etmişdir.
Bundan başqa, müxtəlif siyasi partiyaları təmsil edən komissiya üzvlərindən və müraciətdə mübahisələndirilən seçki məntəqəsində seçkilər günü müşahidə aparmış müşahidəçilərdən, həmçinin səsvermənin nəticələrinə görə kifayət qədər səs toplamamış qeydə alınmış namizədlərdən daxil olmuş izahatlardan müəyyən edilir ki, səsvermə günü və səslərin hesablanması prosesində həmin məntəqə üzrə seçkilərin nəticələrinə təsir edə biləcək pozuntular baş verməmişdir.
Müraciətin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması ilə dairə seçki komissiyasının mübahisələndirilən qərarının ləğv edilməsi və şikayətin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 92 saylı Zərdab-Ucar seçki dairəsindən Məlikumudlu bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Əhmədov Ataş Davud oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 yanvar 2015-ci il tarixli 158 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, həmin dairə seçki komissiyasının 28 dekabr 2014-cü il tarixli 17/42 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
12 января 2015, 09:0129 апреля 2015, 09:04
О даче согласия на назначение З.Гаралова Генеральным прокурором Азербайджанской Республики подробно...
24 апреля 2015, 09:04
О дополнительных мерах по строительству нового здания для полной средней школы номер 20 в Ясамальском районе города Баку подробно...
21 апреля 2015, 09:04
О назначении Р.Я.Рзаева председателем Верховного суда Азербайджанской Республики подробно...
20 апреля 2015, 09:04
Об укреплении материально-технической базы научно-исследовательских учреждений, действующих в системе Министерства сельского хозяйства Азербайджанской Республики подробно...
17 апреля 2015, 09:04
О применении льготы на комплект и оборудование оросительных систем, передаваемых в лизинг Открытым акционерным обществом «Агролизинг» или реализуемых путем лизинга подробно...
16 апреля 2015, 09:04
Об утверждении состава Совместной комиссии в целях поощрения экономического сотрудничества между Правительством Азербайджанской Республики и Правительством Республики Хорватия от Азербайджанской Республики подробно...
16 апреля 2015, 09:04
О дополнительных мерах по усилению государственной поддержки развития растениеводства подробно...
16 апреля 2015, 09:04
О внесении изменений в состав Топонимической комиссии при Милли Меджлисе Азербайджанской Республики подробно...
15 апреля 2015, 09:04
О мерах по строительству автомобильной дороги Ашагы Нюведи – Кянармеша - Шюрюк города Лянкяран подробно...
15 апреля 2015, 09:04
О дополнительных мерах по продолжению капитального ремонта внутренних автомобильных дорог города Лянкяран подробно...