2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 yanvar 2015-ci il tarixli 148 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən Kürdmaşı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Qədirov Nizami Qədir oğlu və digərləri 2015-ci il yanvarın 8-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, həmin bələdiyyəni əhatə edən seçki məntəqələrində səsvermə günü qanun pozuntularının olduğunu iddia etmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişlər.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin geri qaytarılması barədə rəy vermişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 4.1.2-ci bəndinə əsasən, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilər.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1-ci, 2-ci, 4.1.2-ci, 6-cı və 7-ci bəndlərinə əsasən qərara alır:

1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən Kürdmaşı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Qədirov Nizami Qədir oğlu və digərlərinin Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 yanvar 2015-ci il tarixli 148 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən ərizəçilərə geri göndərilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

12 января 2015, 09:01

http://www.azertag.net

3321—3330 из 3607

25 апреля 2014, 16:04

ГТК: переход на экологический стандарт Евро-4 не скажется на импорте автомобилей Азербайджаном   подробно...

25 апреля 2014, 15:04

Высокотехнологические СП могут создать Азербайджан и Аргентина   подробно...

25 апреля 2014, 10:04

Премьер-министр Азербайджана переизбран председателем наблюдательного совета Нефтяного фонда   подробно...

24 апреля 2014, 17:04

Online-навигатор разработал Bank of Baku   подробно...

24 апреля 2014, 16:04

Азербайджан отказался от принятия закона о кредитных бюро   подробно...

24 апреля 2014, 12:04

В Азербайджане будет введена система государственного и общественного контроля над медицинским страхованием   подробно...

24 апреля 2014, 11:04

Свободное заключение сделок со связанными лицами резко ограничивается в Азербайджане   подробно...

24 апреля 2014, 11:04

Срок реализации активов должников и банкротов резко ограничивается в Азербайджане   подробно...

23 апреля 2014, 17:04

Министерство туризма Азербайджана предоставило звёздные категории отелям в Баку   подробно...

23 апреля 2014, 16:04

Marubeni стала консультантом по созданию и развитию «Азербайджанского комплекса по производству стали»   подробно...