2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 yanvar 2015-ci il tarixli 147 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Salyan rayonunun Sarvan kənd sakini Bağırov Kəmail Məriş oğlu və digərləri 2015-ci il yanvarın 8-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, 59 saylı Salyan seçki dairəsinin 19, 20, 21 və 38 saylı seçki məntəqələrində səsvermə günü qanun pozuntularının baş verdiyini iddia etmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişlər.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin geri qaytarılması barədə rəy vermişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 4.1.2-ci bəndinə əsasən seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilər.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1-ci, 2-ci, 4.1.2-ci, 6-cı və 7-ci bəndlərinə əsasən qərara alır:
1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Salyan rayonunun Sarvan kənd sakini Bağırov Kəmail Məriş oğlu və digərlərinin Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 yanvar 2015-ci il tarixli 147 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən ərizəçiyə geri göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
12 января 2015, 09:019 июня 2014, 13:06
UNICEF и Азербайджан приняли план на 2014–2015 годы подробно...
9 июня 2014, 09:06
О дополнительных мерах по развитию животноводства в Азербайджанской Республике подробно...
9 июня 2014, 09:06
О дополнительных мерах по строительству автомобильной дороги Хокмали-Гобу-Локбатан-Гюздек-Пута Абшеронского района подробно...
6 июня 2014, 15:06
ЕС помогает Азербайджану интегрироваться в Европейское пространство высшего образования подробно...
6 июня 2014, 14:06
Министр образования Азербайджана проведёт тренинги для учителей общеобразовательных школ подробно...
6 июня 2014, 09:06
О награждении орденом «Истиглал» В.С.Векилова подробно...
5 июня 2014, 15:06
О присвоении почетного звания «Заслуженный инженер» работникам водного хозяйства и мелиорации подробно...
5 июня 2014, 15:06
О награждении медалью «Терегги» работников водного хозяйства и мелиорации подробно...
5 июня 2014, 09:06
О дополнительной поддержке обеспечению производителей сельскохозяйственной продукции сельскохозяйственной техникой подробно...
4 июня 2014, 09:06
О награждении орденом «Шохрат» Ш.М.Юсуповой подробно...