2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 yanvar 2015-ci il tarixli 132 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 71 saylı Masallı kənd seçki dairəsindən Ərkivan bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd İldırım Kamil oğlu Nəzərov və digərləri 2015-ci il yanvarın 5-də Mərkəzi Seçki Komissiyasına müraciət edərək 71 saylı Masallı kənd seçki dairəsi dairə seçki komissiyasının 31 dekabr 2014-cü il tarixli 23/88 saylı qərarının ləğv edilməsini, həmin bələdiyyəni əhatə edən seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini və Ərkivan bələdiyyəsinə seçkilərin etibarsız hesab edilməsini xahiş etmişlər.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimata uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, Ərkivan bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd İ.K.Nəzərov və digərləri 71 saylı Masallı kənd seçki dairəsinin dairə seçki komissiyasına müraciət edərək 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində baş vermiş ciddi qanun pozuntuları ilə əlaqədar həmin bələdiyyəni əhatə edən seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsi və Ərkivan bələdiyyəsinə seçkilərin etibarsız hesab edilməsini xahiş etmişlər. Həmin seçki dairəsinin dairə seçki komissiyası müraciətə baxaraq onun təmin edilməməsi barədə müvafiq qərar qəbul etmişdir.

Araşdırma prosesində Ərkivan bələdiyyəsi üzvlüyünə qeydə alınmış, lakin seçilməmiş bəzi namizədlərdən, məntəqə seçki komissiyalarının üzvlərindən, müxtəlif siyasi partiyaları təmsil edən və öz təşəbbüsü ilə müşahidə aparan müşahidəçilərdən izahatlar, araşdırma üçün əhəmiyyət kəsb edən digər sənədlər alınmış və müvafiq dövlət orqanlarına sorğular verilmişdir.

Araşdırmada iştirak edən şikayətçilər müraciətlərində iddia etdikləri qanun pozuntuları ilə bağlı mübahisələndirdikləri səkkiz seçki məntəqəsindən yalnız biri üzrə tutarlı dəlillər təqdim etmişlər.

Toplanmış izahatlar və digər araşdırma materiallarına əsasən 71 saylı Masallı kənd seçki dairəsi üzrə Ərkivan bələdiyyəsinə 2014-cü il dekabrın 23-də keçirilən seçkilər zamanı həmin seçki dairəsinin 1, 2, 3, 5, 6, 37 və 38 saylı seçki məntəqələrində şikayətdə göstərilən qanun pozuntuları ilə bağlı halların təsdiqini tapmadığı müəyyən edilmişdir. Həmin məntəqələrdə baş verməsi iddia olunan qanun pozuntuları üzrə şikayətin təmin edilməsi, həmin hissədə 71 saylı Masallı kənd seçki dairəsi dairə seçki komissiyasının mübahisələndirilən qərarının və səsvermənin nəticələrinin etibarsız sayılaraq ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədi.

Araşdırma zamanı 71 saylı Masallı kənd seçki dairəsinin 4 saylı seçki məntəqəsində seçki qanunvericiliyinin tələblərinin pozulması nəticəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsini qeyri-mümkün edən hallar aşkar edildiyindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə əsasən həmin seçki məntəqəsi üzrə sikayətin təmin edilməsi və səsvermənin nəticələrinin etibarsız sayılaraq ləğv edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Bələdiyyə üzrə seçkilər isə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 240.2.1-ci maddəsinə əsasən o halda etibarsız sayılır ki, bələdiyyə üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin bələdiyyənin ərazisində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etsin və ya ləğv edilsin, həmin seçki məntəqələrində seçicilərin sayı bələdiyyə üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 25.2.2-ci, 25.2.22-ci, 28.2-ci, 112-ci, 112-1-ci və 236.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7-ci və 8-ci bəndlərinə əsasən qərara alır:

1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Ərkivan bələdiyyəsinə qeydə alınmış namizəd İldırım Kamil oğlu Nəzərov və digərlərinin 71 saylı Masallı kənd seçki dairəsi dairə seçki komissiyasının 31 dekabr 2014-cü il tarixli 23/88 saylı qərarının ləğv edilməsinə dair 5 yanvar 2015-ci il tarixli 132 saylı müraciəti qismən təmin edilsin.

2. 71 saylı Masallı kənd seçki dairəsinin 4 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılaraq ləğv edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib      Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov

8 января 2015, 09:01

http://www.azertag.net

2331—2340 из 3607

17 марта 2016, 15:03

«Об отмене постановления Кабинета Министров Азербайджанской Республики «О применении летнего времени на территории Азербайджанской Республики» от 17 марта 1997 года номер 21   подробно...

17 марта 2016, 09:03

Об утверждении «Главных направлений стратегической дорожной карты по национальной экономике и основным секторам экономики» и вытекающих из этого вопросах   подробно...

17 марта 2016, 09:03

О награждении сотрудников Государственной миграционной службы Азербайджанской Республики медалью «За отличие на службе в органах миграции»   подробно...

17 марта 2016, 09:03

О присвоении В.Н.Нагиеву высшего специального звания государственного советника миграционной службы III класса   подробно...

15 марта 2016, 09:03

О назначении Р.В.Гусейнова главой Исполнительной власти Бабекского района Нахчыванской Автономной Республики   подробно...

15 марта 2016, 09:03

Об освобождении Э.М.Гусейналиева от должности главы Исполнительной власти Бабекского района Нахчыванской Автономной Республики   подробно...

14 марта 2016, 09:03

Об утверждении «Плана мероприятий в связи с объявлением 2016 года «Годом мультикультурализма» в Азербайджанской Республике»   подробно...

14 марта 2016, 09:03

О награждении военнослужащих Внутренних войск Министерства внутренних дел Азербайджанской Республики   подробно...

11 марта 2016, 10:03

О назначении Р.Дж. Асланлы председателем Совета директоров юридического лица публичного права – Палаты по контролю за финансовыми рынками Азербайджанской Республики   подробно...

11 марта 2016, 10:03

О назначении И.А. Алиева судьей и председателем Сумгайытского административно-экономического суда   подробно...