1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 399

Bakı şəhəri, 26 dekabr 2014-cü il

1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması üçün 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək dövr əsas götürülsün.

2. 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, onlara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə veriləcək kompensasiyanın məbləği həqiqi hərbi xidmətdə olduğu dövrdə sonuncu vəzifə üzrə 2010-cu il 12 iyun tarixinə qüvvədə olan vəzifə maaşının, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləğini ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölməklə və alınmış məbləği istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurmaqla müəyyən edilir.

3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə tapşırılsın və Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna tövsiyə edilsin:

3.1. 2010-cu il 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun həmin tarixə xidmətdən buraxıldığı ştat vəzifəsi mövcud olmadıqda, 2010-cu il 12 iyun tarixində qüvvədə olan vəzifələrə bərabər müvafiq uyğunlaşdırılma aparılmaqla, kompensasiyanın bu qərarın 2-ci hissəsində nəzərdə tutulmuş qaydada hesablanmasını təmin etsinlər;

3.2. istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya hesablanarkən, hər bir konkret halda hərbi qulluqçunun vəzifə maaşının, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ilə əlaqədar qeydiyyatı aparılan haqq-hesab sənədləri üzrə araşdırma apararaq onların həmin dövrdə növbəti məzuniyyətdən istifadə edib-etməmələri və buna görə ödəmələrin verilməsi hallarını nəzərə alsınlar.

4. Müəyyən edilsin ki, ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi bu qərarın 3-cü hissəsində göstərilən dövlət orqanları üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

7 января 2015, 09:01

http://cabmin.gov.az/

2021—2030 из 3607

17 ноября 2016, 09:11

О дополнительных мерах по усилению государственной поддержки развития шелководства и фундуководства   подробно...

16 ноября 2016, 09:11

О мерах по капитальному ремонту многоквартирных зданий в городе Бейляган   подробно...

16 ноября 2016, 09:11

О награждении группы лиц за заслуги в развитии мультикультуральных традиций и межрелигиозных отношений в Азербайджане «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

15 ноября 2016, 10:11

Об утверждении Меморандума взаимопонимания «Относительно Трансанатолийской системы природного газа между Правительством Азербайджанской Республики и Правительством Турецкой Республики»   подробно...

15 ноября 2016, 10:11

О проведении в городе Баку V Международного симпозиума по азербайджанскому ковру   подробно...

15 ноября 2016, 10:11

О награждении сотрудников Центральной больницы нефтяников медалью «Терегги»   подробно...

15 ноября 2016, 10:11

О мерах по капитальному ремонту многоквартирных зданий в городе Горадиз   подробно...

15 ноября 2016, 10:11

О создании Государственной комиссии по улучшению состояния эксплуатации водохранилищ   подробно...

14 ноября 2016, 09:11

О награждении А.М.Гараева орденом «Шохрат»   подробно...

14 ноября 2016, 09:11

О создании рабочей группы в связи с усовершенствованием системы дождевой канализации в городе Баку   подробно...