"Dəniz terminalının operatoru tərəfindən realizə olunan yükün və ona görə hesablaşmaların uçotu Qaydası"nın təsdiqedilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 396

Bakı şəhəri, 22 dekabr 2014-cü il

"Dəniz terminalının operatoru tərəfindən realizə olunan yükün və ona görə hesablaşmaların uçotu Qaydası"nın təsdiqedilməsi haqqında

"Dəniz limanları haqqında" Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanının 1.1.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR :

"Dəniz terminalının operatoru tərəfindən realizə olunan yükün və ona görə hesablaşmaların uçotu Qaydası" təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 dekabr tarixli 396 nömrəli qərarı ilə təsdiq edilmişdir

Dəniz terminalının operatoru tərəfindən realizə olunan yükün və ona görə hesablaşmaların uçotu

QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda "Dəniz limanları haqqında" Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə əsasən hazırlanmışdır və dəniz terminalının operatoru tərəfindən realizə olunan yükün və ona görə hesablaşmaların uçotu qaydasını müəyyən edir.

1.2. Bu Qaydanın məqsədləri üçün yük dedikdə, qablaşdırma, digər yüklərlə bir yerə yığılması üçün vasitələr, konteynerlər, altlıqlar, habelə yükün daşınması, mühafizəsi və ya istismara yararlı vəziyyətdə saxlanılması üçün tətbiq edilən və bu məqsədlə xüsusi olaraq işlənilib hazırlanmış bütün digər vasitələrlə birlikdə əmtəə və ya qeyri-əmtəə təyinatlı mal (mülki qanunvericiliyə uyğun olaraq, dövriyyədən çıxarılmış, yaxud dövriyyəsi məhdudlaşdırılmış yüklər, habelə ölkənin müdafiəsi, dövlət təhlükəsizliyi və asayişin təmin edilməsi üzrə ehtiyaclar üçün nəzərdə tutulmuş yüklər istisna olmaqla) nəzərdə tutulur.

2. Realizə olunan yüklərin uçotunun aparılması

2.1. Dəniz terminalının operatoru tərəfindən realizə olunması nəzərdə tutulan və realizə edilmiş yüklərin uçotu bu Qaydanın əlavəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən qeydiyyat vərəqələri nömrələnmiş, qaytanlanmış və möhürlənmiş "Yüklərin realizəsi kitabı"nda aparılır.

2.2. "Yüklərin realizəsi kitabı"nda yüklərin uçotu aşağıdakı hallarda aparılmalıdır:

2.2.1. yük sifarişçi və ya sifarişçini təmsil edən şəxs tərəfindən dəniz terminalının operatorunun anbarından yüklərin aşırılmasına dair müqavilə ilə müəyyən edilmiş müddətdə qəbul edilmədikdə və ya aparılmadıqda (tələb edilməyən yük olduqda);

2.2.2. sifarişçi yüklərin aşırılmasına dair müqavilədə nəzərdə tutulan məbləğləri ödəməkdən imtina etdikdə və bu səbəbdən dəniz terminalının operatoru yükləri saxladıqda;

2.2.3. yükün sahibini müəyyənləşdirmək mümkün olmadıqda (sahibsiz yüklər);

2.2.4. sifarişçi və ya sifarişçini təmsil edən şəxs tərəfindən dəniz terminalının operatoru ilə razılaşdırılmaqla, yük texnoloji yığım üzrə və həmin yüklə əlaqədar digər xidmətlər üzrə borcun əvəzində dəniz terminalının operatoruna verildikdə;

2.2.5. dəniz terminalının operatoru sifarişçinin mülkiyyətində olan konteynerləri, altlıqları və ya digər vasitələri dəniz terminalının operatoruna yüklərin aşırılmasına dair müqavilədə nəzərdə tutulan ödəmələrlə əlaqədar yaranmış borc müqabilində saxladıqda.

3. Realizə olunan yüklərin rəsmiləşdirilməsi və satışa çıxarılması

3.1. Müqavilədə nəzərdə tutulmuş müddətdə dəniz terminalının operatoruna təhvil verilmiş yük limandan tələb olunmadıqda və (və ya) çıxarılmadıqda və ya yükün aşırılması müqaviləsində nəzərdə tutulmuş ödənişlər üzrə dəniz terminalının operatoru qarşısında borc sifarişçi tərəfindən ödənilmədikdə, yük dəniz terminalının operatoru tərəfindən məhkəmə qərarı əsasında tam və ya qismən realizə oluna bilər.

3.2. Dəniz terminalının operatoru ilə sifarişçi və ya sifarişçini təmsil edən şəxs arasında yüklərin aşırılmasına dair müqavilə əsasında və ya texnoloji yığım, yaxud həmin yüklə əlaqədar digər xidmətlər üzrə yaranan borcun müqabilində dəniz terminalının operatoruna yüklərin verilməsi prosesi qarşılıqlı razılaşma ilə tənzimlənir.

3.3. Sahibsiz yüklər aşkar olunduğu təqdirdə, dəniz terminalının operatoru tərəfindən akt tərtib edilir. Həmin yükə baxış zamanı yükün adını müəyyən etmək mümkün olmadıqda, dəniz terminalının operatoru boş qabları (taraları) açmaq hüququna malikdir.

3.4. Yüklərin realizə edilməsi dəniz terminalının operatorunun yazılı formada tərtib etdiyi sənəd əsasında həyata keçirilir və həmin sənəddə aşağıdakılar göstərilir:

3.4.1. yükün realizə edilməsi üçün əsas (məhkəmə qərarı);

3.4.2. satışa çıxarılan yükün dəyərinin "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa, yaxud Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq ekspertlər tərəfindən qiymətləndirilməsi;

3.4.3. yükün realizə edildiyi yer.

3.5. Yükün realizə edilməsinə dair sənəd dəniz terminalının operatoru tərəfindən iki nüsxədə rəsmiləşdirilir. Bir nüsxə dəniz terminalının operatorunda qalır, digər nüsxə isə sifarişçinin və ya onu təmsil edən şəxsin ünvanına göndərilir.

3.6. Sahibsiz yükün realizə edilməsinə dair sənəd bir nüsxədə rəsmiləşdirilir.

3.7. Sifarişçinin məlumatlandırılmasından sonra 4 (dörd) gün müddətində ərzaq və (və ya) tez korlanan yük barədə qərar qəbul edilmədikdə, dəniz terminalının operatoru belə yükü, habelə onun nəqlində, yaxud qablaşdırılmasında istifadə olunan sifarişçinin mülkiyyətində olan vasitələri (mülki qanunvericiliyə uyğun olaraq dövriyyədən çıxarılmış, yaxud dövriyyəsi məhdudlaşdırılmış yüklər, habelə ölkənin müdafiəsi, dövlət təhlükəsizliyi və asayişin təmin edilməsi üzrə ehtiyaclar üçün nəzərdə tutulmuş yüklər istisna olmaqla) yükün dəyərinin ödənilməsi haqqında sənədlərlə təsdiq edilən və adətən oxşar mallara görə tutulan qiymət və ya ekspert qiymətləndirilməsi əsasında, yaxud belə sənədlər olmadıqda, müqavilə ilə təsdiqlənən qiymət əsasında realizə etmək hüququna malikdir. Yükün dəyərinin ekspert qiymətləndirilməsi qiymətləndirmə fəaliyyəti subyektləri tərəfindən "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa, yaxud Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq, ekspertizanın aparılması yolu ilə həyata keçirilir.

4. Realizə olunan yüklərin sənədləşdirilməsi

4.1. Yükün dəniz terminalının operatoru tərəfindən realizə olunması operatorla alıcı arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış alqı-satqı müqaviləsi ilə müəyyən edilmiş şərtlər əsasında həyata keçirilir.

4.2. Dəniz terminalının operatorunun və ya müvafiq limanın rəsmi saytlarında yükün realizə olunması ilə bağlı elan yerləşdirilir.

4.3. Qeyd edilən yük qiymətləndirmə fəaliyyəti subyektləri tərəfindən yükün müəyyən olunmuş dəyərindən aşağı olmayan qiymət əsasında realizə edilir.

4.4. Yükün alqı-satqı müqaviləsi üç nüsxədə hazırlanır. Bir nüsxə dəniz terminalının operatorunda qalır, bir nüsxə alıcıya verilir, üçüncü nüsxə isə sifarişçinin və ya onu təmsil edən şəxsin ünvanına göndərilir.

4.5. Sahibsiz yükün alqı-satqı müqaviləsi iki nüsxədə hazırlanır.

4.6. Realizə olunmuş yükün alıcıya faktiki təhvil verilməsi dəniz terminalının operatoru tərəfindən rəsmiləşdirildikdən və pul vəsaitlərinin ona çatdırılmasından sonra həyata keçirilir (alqı-satqı müqaviləsində fərqli qayda müəyyən olunmadıqda).

4.7. Yükün alıcıya təhvil verilməsi alıcının və dəniz terminalının operatorunun nümayəndələrinin imzaladığı təhvil-təslim aktı ilə rəsmiləşdirilir.

4.8. Dəniz terminalının operatoru yükün realizəsi ilə əlaqədar qeydiyyat aparır, müvafiq sənədlərin saxlanılması məqsədi ilə qovluq açır və həmin qovluq yükə aid təhvil-təslim sənədləri rəsmiləşdirildikdən sonra 3 (üç) il müddətində saxlanılır.

5. Realizə olunan yüklərdən əldə edilən vəsait

5.1. Dəniz terminalının operatoruna ödənilməli olan ödənişlər və yükün saxlanılması, realizəsi ilə bağlı xərclər çıxılmaqla, yükün realizəsindən əldə edilən vəsait sifarişçinin hesabına köçürülməlidir. Yükün realizəsindən əldə olunan vəsait dəniz terminalı operatorunun maliyyə tələblərinin və yükün saxlanılması, realizəsi ilə bağlı xərclərin ödənilməsi üçün kifayət etmədikdə, dəniz terminalının operatoru ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.

5.2. Bu Qaydanın 2.2.3-cü və 2.2.4-cü yarımbəndlərində göstərilən yükün realizəsindən əldə edilən vəsait yükün aşırılması, saxlanılması və satışı üçün çəkdiyi xərclərin ödənilməsi məqsədi ilə dəniz terminalının operatorunun mülkiyyəti hesab edilir.

5.3. Yükün realizəsindən 3 (üç) ildən artıq müddət keçdikdə, realizədən əldə edilən vəsaitləri sifarişçinin və ya onu təmsil edən şəxsin hesabına köçürmək mümkün olmadıqda, həmin vəsaitlər dəniz terminalının operatorunun mülkiyyəti hesab edilir.

rə��q� ��/�ın icrası üzrə:

 

17.1. məhkəmə ekspertizasının həyata keçirilməsində, həmçinin məhkəmə və prokurorluq orqanlarının və digər dövlət orqanlarının tapşırıqlarının yerinə yetirilməsində tətbiq edilən ölçmə vasitələri.

18. Dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi üzrə:

18.1. məhsulların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsində tətbiq edilən ölçmə vasitələri;

18.2. dövlət veterinar və karantin-fitosanitar nəzarəti tədbirlərinin həyata keçirilməsində tətbiq edilən ölçmə vasitələri;

18.3. pestisidlər və aqrokimyəvi maddələrlə təhlükəsiz davranmaq sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinin yerinə yetirilməsinə dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsində tətbiq edilən ölçmə vasitələri;

18.4. dövlət ekoloji nəzarəti tədbirlərinin (dövlət ekoloji nəzarətinin) həyata keçirilməsində tətbiq edilən ölçmə vasitələri;

18.5. Azərbaycan Respublikasının əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsində tətbiq edilən ölçmə vasitələri;

18.6. dövlət sanitar-epidemioloji nəzarəti tədbirlərinin həyata keçirilməsində tətbiq edilən ölçmə vasitələri;

18.7. təhlükəli istehsal obyektinin istismarına sənaye təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinə dövlət nəzarəti tədbirlərinin, hidrotexniki qurğuların təhlükəsizliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsində tətbiq edilən ölçmə vasitələri;

18.8. dövlət metroloji nəzarətinin həyata keçirilməsində tətbiq edilən ölçmə vasitələri.

7 января 2015, 09:01

http://cabmin.gov.az/

1—10 из 3607

10 июля 2023, 15:07

Распоряжение Президента Азербайджанской Республики О назначении М.М.Сеидова заместителем министра юстиции Азербайджанской Республики – начальником Пенитенциарной службы   подробно...

10 июля 2023, 15:07

Распоряжение Президента Азербайджанской Республики Об освобождении Дж.А.Гасанова от должности заместителя министра юстиции Азербайджанской Республики – начальника Пенитенциарной службы   подробно...

8 июля 2023, 14:07

Распоряжение Президента Азербайджанской Республики О присвоении дипломатических рангов сотрудникам органов дипломатической службы Азербайджанской Республики   подробно...

17 апреля 2023, 11:04

Распоряжение Президента Азербайджанской Республики О назначении М.Г.Ибрагимова начальником Государственной службы по мобилизации и призыву на военную службу Азербайджанской Республики   подробно...

17 апреля 2023, 11:04

Распоряжение Президента Азербайджанской Республики Об освобождении А.Ю.Рагимова от должности начальника Государственной службы по мобилизации и призыву на военную службу Азербайджанской Республики   подробно...

14 апреля 2023, 14:04

Распоряжение Президента Азербайджанской Республики О назначении А.Г.Керимли министром культуры Азербайджанской Республики   подробно...

14 апреля 2023, 14:04

Распоряжение Президента Азербайджанской Республики Об освобождении А.Г.Керимли от должности первого заместителя министра культуры Азербайджанской Республики   подробно...

14 апреля 2023, 12:04

Распоряжение Президента Азербайджанской Республики О назначении М.Г.Мамедова министром сельского хозяйства Азербайджанской Республики   подробно...

7 апреля 2023, 12:04

Распоряжение Президента Азербайджанской Республики О назначении Р.К.Гурбанова генеральным консулом Азербайджанской Республики в городе Лос-Анджелес Соединенных Штатов Америки   подробно...

7 апреля 2023, 12:04

Распоряжение Президента Азербайджанской Республики Об отзыве А.Х.Гусейнова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Греческой Республике   подробно...