"Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər"in və "Yoxlama haqqında şəhadətnamənin forması"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 394
Bakı şəhəri, 16 dekabr 2014-cü il
"Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər"in və "Yoxlama haqqında şəhadətnamənin forması"nın təsdiq edilməsi haqqında
"Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi və "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 409 nömrəli Fərmanının ləğvi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyul tarixli 942 nömrəli Fərmanının 1.1.13-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər KabinetiQƏRARA ALIR:
1. "Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər" təsdiq edilsin (1 nömrəli əlavə).
2. "Yoxlama haqqında şəhadətnamənin forması" təsdiq edilsin (2 nömrəli əlavə).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 dekabr tarixli 394 nömrəli qərarı ilə təsdiq edilmişdir
1 nömrəli əlavə
Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər
1. Ümumi müddəalar
1.1. Bu Qayda və Tələblər "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 12.6-cı maddəsinə əsasən hazırlanmışdır və ölçmə vasitələrinin metroloji tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə ölçmə vasitələrinin yoxlanılması qaydasını və yoxlama nişanına dair tələbləri müəyyən edir.
1.2. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə istifadə üçün nəzərdə tutulmuş ölçmə vasitələri istismara verilənədək və təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə dövri yoxlamadan keçirilir. Ölçmәlәrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmə vasitələrindən istifadə edən şəxslər onları yoxlama dövriliyinə uyğun olaraq yoxlamaya təqdim edirlər.
1.3. Ölçmə vasitələrinin yoxlanılması səlahiyyəti hüquqi şəxslərə, hüquqi şəxslərin metroloji xidmətlərinə və fiziki şəxslərə Azərbaycan Respublikasının Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) tərəfindən verilir. Ölçmə vasitələrinin yoxlanılması sahəsində akkreditasiya olunmuş hüquqi şəxslər, hüquqi şəxslərin metroloji xidmətləri və fiziki şəxslər (bundan sonra - akkreditasiya olunmuş orqanlar) tərəfindən yoxlanılan ölçmə vasitələrinin siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
1.4. Ölçmə vasitələrinin yoxlanılması üzrə fəaliyyətə Komitə nəzarət edir.
1.5. Ölçmə vasitələrinin yoxlanılması Komitə tərəfindən yoxlayıcı qismində attestasiya olunmuş fiziki şəxslər tərəfindən həyata keçirilir.
1.6. Yoxlama ölçmə vasitələrinin tipinin təsdiqi üzrə sınaqların nəticələrinə əsasən texniki normativ hüquqi aktlara uyğun olaraq aparılır.
2. Ölçmə vasitələrinin yoxlanılması qaydası
2.1. Ölçmə vasitələrinin ilkin, dövri və dövlət metroloji nəzarəti qaydasında yoxlanılması keçirilir.
2.2. İlkin yoxlamadan tipi təsdiq olunmuş, istehsaldan və təmirdən çıxan, idxal olunan ölçmə vasitələri keçirilir. Xarici ölkələrdə aparılmış yoxlamanın nəticəsinin tanınması haqqında beynəlxalq sazişə (müqaviləyə) əsasən idxal olunan ölçmə vasitələri ilkin yoxlamadan keçirilmir.
2.3. Ölçmə vasitəsinin hər bir nüsxəsi ilkin yoxlamadan keçməlidir. Partiya ilə idxal olunan ölçmə vasitələrinin seçmə yolu ilə yoxlanılmasına yol verilir.
2.4. İlkin yoxlamanı ölçmə vasitələrini istehsal və təmir edən hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilən nəzarət-yoxlama məntəqələrində akkreditasiya olunmuş orqanlar həyata keçirə bilərlər.
2.5. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə istifadə üçün nəzərdə tutulmuş ölçmə vasitələri tipi təsdiq edilərkən müəyyən edilmiş yoxlamalararası intervala uyğun istismar prosesində dövri yoxlamadan keçməlidir.
2.6. Hüquqi və fiziki şəxslər öz istismarındakı və yoxlamadan keçməli olan ölçmə vasitələrinin siyahısını tərtib edir və akkreditasiya olunmuş orqanlara göndərirlər.
2.7. Ölçmə vasitəsinin hər bir nüsxəsi dövri yoxlamadan keçməlidir.
2.8. Dövri yoxlamanın nəticələri, yoxlamalararası interval ərzində etibarlı sayılır.
2.9. Birinci yoxlamalararası interval tipi təsdiq edilən zaman təyin edilir. Akkreditasiya olunmuş orqanlar və ölçmə vasitələrinin istifadəçiləri dövri yoxlamaların nəticələrinin uçotunu aparmalı və onların istifadəsinin xüsusiyyətləri nəzərə alınmaqla, yoxlamalararası intervala düzəlişlər üzrə tövsiyәlәr işləyib hazırlamalıdırlar.
2.10. Yoxlamalararası intervala düzəliş edilməsi haqqında qərar akkreditasiya olunmuş orqanların müraciəti əsasında Komitə tərəfindən qəbul edilir.
2.11. Dövri yoxlama bu sahədə akkreditasiya olunmuş orqanın ərazisində həyata keçirilə bilər. Yoxlama yerini iqtisadi faktorlar, yoxlanılan ölçmə vasitələrinin və etalonların daşınmasının mümkünlüyü nəzərə alınmaqla, ölçmə vasitəsinin istifadəçisi seçir.
2.12. Ölçmə vasitələri yoxlamaya akkreditasiya olunmuş orqanın tələbi ilə konservasiyadan çıxmış vəziyyətdə, texniki təsviri, istismar təlimatı, yoxlama metodikası, pasport və ya sonuncu yoxlama şəhadətnaməsi ilə, həmçinin lazımi dəstləşdirilmiş qurğularla birlikdə təqdim olunmalıdır.
2.13. Ölçmə vasitələrinin dövri yoxlaması, həmçinin sifariş əsasında aşağıdakı hallarda həyata keçirilir:
2.13.1. yoxlama nişanı zədələndikdə, həmçinin yoxlama haqqında şəhadətnamə qüvvədən düşdükdə;
2.13.2. uzunmüddətli saxlamadan sonra ölçmə vasitəsi istismara buraxıldıqda (yoxlamaarası interval bir dəfədən çox olduqda);
2.13.3. təkrar tənzimləmə (yustirləmə) və ya sazlamanın aparılması, ölçmə vasitəsinə məlum və ya ehtimal edilən zərbə təsiri zamanı, həmçinin cihazın qeyri-məqbul işləməsi zamanı.
2.14. Dövlət metroloji nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanılan ölçmə vasitəsinin sahibi olan hüquqi və ya fiziki şəxsin nümayəndəsinin iştirakı ilə aparılır və yoxlamanın nəticələri yoxlama aktında öz əksini tapır.
2.15. Ölçmə vasitələrini istehsaldan və təmirdən buraxan, idxal edən və onları istismar edən şəxslər, ölçmə vasitələrini vaxtında yoxlamaya təqdim etməlidirlər.
2.16. Akkreditasiya olunmuş orqanlar hüquqi və fiziki şəxslər tərəfindən tərtib edilən yoxlama cədvəlləri əsasında ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirirlər.
2.17. Ölçmə vasitələrinin yoxlama müddəti konkret ölçmə vasitəsinə aid olan texniki normativ hüquqi aktlara uyğun müəyyən olunur.
2.18. Ölçmə vasitəsinin yoxlanılması tipi təsdiq edilərkən müəyyən edilmiş yoxlama metodikaları əsasında həyata keçirilir.
2.19. Yoxlama cədvəlləri ölçmə vasitələrinin növünə görə tərtib edilir və aşağıdakı qaydada razılaşdırılır (yoxlama cədvəlinin forması əlavə olunur (1 nömrəli əlavə):
2.19.1. yoxlama cədvəllərinin təqdim edilmə müddətlərini ölçmə vasitələrinin sahibləri akkreditasiya olunmuş orqanlarla razılaşdırmaqla müəyyən edir;
2.19.2. yoxlama cədvəllərinə, nomenklaturanın və ölçmə vasitələrinin sayının dəyişməsindən asılı olaraq akkreditasiya olunmuş orqanlar tərəfindən düzəliş edilə bilər;
2.19.3. yoxlama cədvəlləri akkreditasiya olunmuş orqana təqdim edilir və həmin orqan tərəfindən razılaşdırıldıqdan və imzalandıqdan sonra surəti saxlanılaraq əsli sifarişçiyə göndərilir;
2.19.4. yoxlama cədvəlləri daxil olduğu andan 10 (on) gün müddətində akkreditasiya olunmuş orqan onlara baxılmasını həyata keçirir;
2.19.5. akkreditasiya olunmuş orqan ölçmə vasitələrinin yoxlamasını apara bilmədikdə, sifarişçiyə göndərilən cavabda ölçmə vasitələrinin yoxlanılmasını təmin edə bilən digər akkreditasiya olunmuş orqanlar barədə məlumat verə bilər;
2.19.6. sifarişçi yoxlama cədvəllərini öz seçiminə əsasən razılaşdırmaq üçün digər akkreditasiya olunmuş orqanlara təkrar olaraq göndərir;
2.19.7. yoxlama cədvəllərinin razılaşdırılması zamanı yoxlamaya təqdim ediləcək ölçmə vasitələri haqqında məlumatın tamlığı yoxlanılır, yoxlamanın yeri, müddəti, həcmi və həmçinin ödənişi dəqiqləşdirilir və yoxlama cədvəllərində qeyd edilir.
2.20. Ölçmə vasitələrinin yoxlamaya çatdırılmasını onların sahibləri olan hüquqi və fiziki şəxslər təmin edirlər. Ölçmə vasitələri akkreditasiya olunmuş orqanlara yoxlamaya qəbz əsasında təhvil verilir.
2.21. Ölçmə vasitələrinin saxlanılmasına görə məsuliyyəti, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq akkreditasiya olunmuş orqan daşıyır.
2.22.Yoxlama nəticəsində ölçmə vasitəsinin istifadəyə yararlılığı və ya yararsızlığı təsdiq edilir və bu proses aşağıdakı kimi həyata keçirilir:
2.22.1. yoxlamanın nəticəsinə əsasən ölçmə vasitəsi yararlı sayılırsa, yoxlama haqqında şəhadətnamə təqdim olunur və ya ölçmə vasitəsinin üzərinə yoxlama nişanı vurulur. Ölçmə vasitəsinin konstruksiyasının xüsusiyyətləri və ya istismar şəraiti yoxlama nişanını bilavasitə ölçmə vasitəsinin üzərinə vurmağa imkan vermirsə, bu nişan yoxlama haqqında şəhadətnaməyə vurulur;
2.22.2. yoxlamanın nəticəsinə əsasən ölçmə vasitəsi istifadəyə yararsız sayılırsa, yoxlama nişanı və ya yoxlama haqqında şəhadətnamə ləğv olunur və yararsızlıq haqqında bildiriş verilir və ya texniki sənədlərdə müvafiq qeydlər aparılır (yararsızlıq haqqında bildirişin forması əlavə olunur (2 nömrəli əlavə).
3. Yoxlama nişanına dair tələblər
3.1. Yoxlama nişanları ölçmə vasitəsinin, əlavə qurğuların üzərinə və (və ya) yoxlama haqqında şəhadətnaməyə vurulur. Yoxlama nişanları ölçmə vasitəsinin yoxlanılmasının aparılmasını təsdiqləyən və həmçinin zərurət olarsa tənzimləmə (yustirləmə) qurğuları daxil olmaqla, ölçmə vasitələrini istənilən icazəsiz müdaxilədən müdafiə etmək üçün işarədir.
3.2. Yoxlama nişanlarının vurulma üsulları aşağıdakı kimi ola bilər:
3.2.1. zərbə;
3.2.2. plombaya və ya xüsusi mastikaya təzyiq;
3.2.3. yapışdırma;
3.2.4. elektroqrafik;
3.2.5. elektrokimyəvi;
3.2.6. digər üsullar (qum-şırnaq, yandırma metodu ilə və s.).
3.3. Yoxlama nişanı bu və ya digər ölçmə vasitəsinin istismar olunduğu şəraitlərə uyğun olaraq bütün yoxlamalararası interval müddətində saxlanılan dəqiq şəkilə malik olmalıdır.
3.4. Yoxlama nişanlarını dövlət metroloji xidmət (bundan sonra - DMX) orqanları, həmçinin akkreditasiya olunmuş orqanlar vururlar.
3.5. Yoxlama nişanlarının təsvirinə dair tələblər aşağıdakılardır:
3.5.1. yoxlama nişanlarında aşağıdakı təsvirlər olmalıdır:
3.5.1.1. metrologiya sahəsində dövlət siyasətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının - Komitənin qısaldılmış adı (AZS - Azstandart);
3.5.1.2. DMX orqanının və ya akkreditasiya olunmuş orqanın şərti şifri;
3.5.1.3. yoxlama nişanının tətbiq olunduğu ilin sonuncu iki rəqəmi;
3.5.1.4. yoxlayıcının şifri.
3.5.2. zəruri halda nişanın sahəsində əlavə informasiya, məsələn ölçmə vasitəsinin yoxlanıldığı rüb və ya ay yerləşdirilə bilər. Bu zaman nişan vasitəsilə vurulan nişanın təsviri dəqiq qalmalıdır;
3.5.3. ölçmə vasitələrinin eyniləşdirilməsinin avtomatlaşdırılmasının əlverişliliyi üçün, həmçinin yoxlanılmanın nəticələri haqqında informasiyanın toplanılması üçün yoxlama nişanında, əgər buna nişanın vurulma üsulu yol verirsə, ştrix kodlardan istifadə oluna bilər;
3.5.4. saxtalaşdırmanın qarşısının alınması məqsədi ilə yarlıqlar şəklində olan yoxlama nişanları holoqrafik təsvirlə təchiz oluna bilər. Vurulan təsvirin şəklini Komitə təsdiq edir;
3.5.5. yoxlama nişanı sadalanan məlumat rekvizitlərinin və hər bir vurulan yoxlama nişanının birmənalı uyğunluğunu təmin edən avtomatlaşdırılmış informasiya sistemi ilə birgə istifadə olunduğu hallarda, nişana yalnız eyniləşdirmə əlamətinin vurulmasına yol verilir.
3.6. Ölçmə vasitəsinin göstəricilərinin sazlama qovşaqlarına icazəsiz müdaxiləni və avtomatik nişanlamanın qarşısını almaq üçün nəzərdə tutulan plomblardan istifadə olunur. Özündə yoxlama nişanları daşıyan plombların qoyulma yeri və onların miqdarı ölçmə vasitələrinin tipinin təsdiqi zamanı hər bir konkret halda təyin olunur.
3.7. Ləğvetmə nişanları ölçmə vasitəsinin üzərinə və (və ya) yoxlama haqqında şəhadətnaməyə vurulan, yoxlama nişanının etibarlılığının qurtardığını göstərən xaçşəkilli təsvirə malikdir. Damğanın ləğv edilməsi müvafiq yarlığın vurulması yolu ilə həyata keçirildikdə, yarlıq qırmızı rəngə malik olmalıdır.
3.8. Kauçuk nişanın izi şəklində yoxlama nişanının vurulması zamanı aşağıdakı formalar müəyyən edilmişdir (yoxlama nişanlarının şəkillərinin nümunələri əlavə olunur (3 nömrəli əlavə):
3.8.1. DMX orqanları üçün - dairəvi;
3.8.2. akkreditasiya olunmuş orqanlar üçün:
3.8.2.1. istehsaldan buraxılan ölçmə vasitələri üçün - düzbucaqlı;
3.8.2.2. istismarda olan və təmirdən çıxmış ölçmə vasitələri üçün - kvadrat.
3.9. Şərti şifr Azərbaycan əlifbasının əsas şriftinin böyük hərfləri ilə - DMX orqanları üçün iki hərf ilə (AB, AC, AÇ və s.), akkreditasiya olunmuş orqanlar üçün üç hərf ilə (AAB, AAC, AAÇ və s.) işarə olunur. Akkreditasiya olunmuş orqanlara şərti şifrlər, onların akkreditasiyası prosesində verilir.
3.10. Yoxlayıcının şifri Azərbaycan, latın və yunan əlifbalarından götürülmüş hərflərdən biri ilə işarə olunur.
3.11. İlin ayları ərəb rəqəmləri ilə (1, 2, 3 və s.), rüblər Roma rəqəmləri ilə (I, II, III və s.) işarə olunur. Düzbucaqlı yarlıq-nişanlarda rüblər ərəb rəqəmləri ilə də işarə oluna bilər.
3.12. DMX orqanları və akkreditasiya olunmuş orqanlar üçün yoxlama nişanlarını vuran vasitələrin hazırlanması Komitə ilə razılaşdırılmış müəssisələrdə həyata keçirilir.
3.13. Yoxlama nişanlarının ölçüləri ölçmə vasitələrini nişanlamaq üçün istifadə olunan alətin ölçülərindən asılı olaraq seçilir. Dairəvi yoxlama nişanlarının ölçülərinin 4; 6; 8; 10; 18 və 24 mm diametrlərdə, düzbucaqlı və kvadrat yoxlama nişanlarının ölçülərinin göstərilən diametrlərə bərabər endə, həmçinin düzbucaqlı nişanlarda uzunluq və enin 1,5:1 nisbətində olması tövsiyə olunur.
4. Yoxlama nişanlarının vurulması
4.1. Yoxlamanın nəticələrini təsdiq edən və ya ləğv edən yoxlama nişanlarını DMX orqanının və Komitə tərəfindən müəyyən edilmiş qaydada yoxlayıcılar kimi attestasiya edilmiş akkreditasiya olunmuş orqanların əməkdaşları tətbiq edirlər.
4.2. Yoxlamanın nəticələri müsbət olduqda, ölçmə vasitələrinin yoxlanılması üzrə normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə uyğun olaraq, yoxlama nişanları ölçmə vasitələrinin üzərinə və ya yoxlama haqqında şəhadətnaməyə vurulur. Yoxlayıcı nişanı dəqiq və asan oxunan şəkildə vurmalıdır.
4.3. Hər bir yoxlayıcıya, yoxlayıcının fərdi nişanına malik şəxsi yoxlama nişanları təhkim olunur. Belə nişanların digər şəxslərə verilməsi qadağandır.
4.4. Yoxlama nişanlarını tətbiq edən DMX orqanı və akkreditasiya olunmuş orqanlarda yoxlama nişanlarının saxlanması və uçotu həmin qurumun rəhbəri tərəfindən təyin edilən məsul şəxsə həvalə olunur. Nişanlar jurnalda məcburi qeyd aparmaqla yoxlayıcılara verilir və onlardan qəbul edilir.
4.5. Yoxlayıcının fərdi nişanına malik yoxlama nişanlarının hər birindən bir iz çıxarılır (yarlıqların hərəsindən bir nümunə saxlanılır). İzlər (və ya uyğun nümunələr) ölçmə vasitəsinin üzərinə və (və ya) yoxlama haqqında şəhadətnaməyə vurulan yoxlama nişanlarının etibarlılıq müddətində saxlanılmalıdır.
5. Yoxlama nişanlarının izinin ləğv edilməsi
5.1. Ölçmə vasitəsi düzgün olmayan göstəricilər verdikdə və ya yoxlamalararası intervalın vaxtı ötdükdə, ölçmə vasitəsinin üzərinə vurulmuş yoxlama nişanının izi və ya yoxlama haqqında şəhadətnamə ləğv edilir. Yarlıq şəklində yerinə yetirilən yoxlama nişanları isə cırılaraq məhv edilir.
5.2. Ləğvetmə aktla rəsmiləşdirilir. Aktın surəti Komitəyə göndərilir.
6. Yoxlama nişanlarının məhv edilməsi
6.1. İl sona çatdıqda, üzərində ilin son iki rəqəmi göstərilmiş nişanlar və ya nişanların üzərindəki şəkillər məhv edilir.
6.2. Məhv edilmə aktla rəsmiləşdirilir. Aktın surəti Komitəyə göndərilir.
7 января 2015, 09:0129 января 2016, 09:01
О присвоении почетного звания «Заслуженный работник культуры» деятелям культуры Азербайджанской Республики подробно...
28 января 2016, 09:01
Об отзыве Э.И.Зейналова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Латвийской Республике подробно...
28 января 2016, 09:01
О назначении Т.А.Рзаева чрезвычайным и полномочным послом Азербайджанской Республики в Арабской Республике Египет подробно...
28 января 2016, 09:01
О назначении Э.Дж.Гахраманова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Государстве Кувейт подробно...
28 января 2016, 09:01
Об отзыве И.Ю.Мухтарова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Мексиканских Соединенных Штатах и одновременно в Республике Коста-Рика, Республике Гватемала, Республике Колумбия, Республике Панама, Республике Перу и Республике Гондурас подробно...
28 января 2016, 09:01
О назначении В.И.Садыгова постоянным представителем Азербайджанской Республики в отделении ООН в городе Женева и при других международных организациях подробно...
26 января 2016, 09:01
О награждении А.Э.Исрафилова орденом «Шохрат» подробно...
26 января 2016, 09:01
Об индексации страховой части трудовых пенсий подробно...
26 января 2016, 09:01
О повышении стипендий, установленных для докторантов, студентов и учащихся высших, средних специальных учебных заведений и учебных заведений начального специального профессионального образования подробно...
26 января 2016, 09:01
О повышении пособия, выплачиваемого находящимся в частично оплачиваемом социальном отпуске по уходу за ребенком подробно...