2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 yanvar 2015-ci il tarixli 119 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 71 saylı Masallı kənd seçki dairəsindən Qızılağac bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Kərimli Kərim Fazil oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edərək, həmin bələdiyyəni əhatə edən seçki məntəqələrində səsvermə günü qanun pozuntularının baş verdiyini, bununla bağlı müraciətinin araşdırılmasına dair həmin dairə seçki komissiyasının 29 dekabr 2014-cü il tarixli 22/81 saylı qərarının əsassız olduğunu iddia edərək müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olduğundan icraata qəbul edilmiş və araşdırılmışdır. Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən həmin müraciətə dair müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma zamanı 71 saylı Masallı kənd seçki dairəsi dairə seçki komissiyası sədrinin, həmin seçki dairəsinin 32, 33 və 39 saylı seçki məntəqəsi məntəqə seçki komissiyası üzvlərinin, həmçinin səsvermə günü seçki məntəqələrində müşahidə aparmış müşahidəçilərin izahatlarına və tərtib edilmiş aktlara əsasən müraciətdə iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır.
Belə ki, həmin seçki dairəsinin yuxarıda göstərilən seçki məntəqələri məntəqə seçki komissiyalarının həlledici səs hüquqlu üzvləri H.Ə.Ələkbərov, M.A.Əliyev, İ.M.Məmmədov, Q.N.Bağırov, İ.Ə.Kərimov, Ə.M.Məlikov, Ş.H.Həsənov, M.N.Kərimov, H.N.Nağıyev, V.R.Fətullayev, səsvermə günü həmin seçki məntəqələrində müşahidə aparmış müşahidəçilər B.A.Qəribov, Q.V.Məmmədov, B.F.Abbasov, F.B.Abbasov, İ.Ə.Məhərrəmov, M.A.Məmmədov, A.A.Qurbanov, R.Z.Abbasov, E.A.Kərimov, İ.N.Abdullayev, M.E.Abışov, R.A.Əliyev, S.Ə.Əhmədov, seçicilər Ə.Ə.Ağayev, B.V.Əliyev, F.S.Əzimov, R.Ə.Məmmədov və digərləri izahatlarında bildirmişlər ki, seçkilər günü səsvermə prosesi seçki qanunvericiliyinin tələblərinə uyğun təşkil edilmiş, səslərin hesablanması başa çatdıqdan sonra səsvermənin nəticələrinə dair məntəqə seçki komissiyalarının protokolları seçki məntəqəsində tərtib olunmuş, komissiya üzvləri tərəfindən imza edilmiş, protokolun bir nüsxəsi məlumat lövhəsindən asılmış, surətləri səsvermə otağında olan müşahidəçilərə və qeydə alınmış namizədlərə təqdim olunmuşdur.
Araşdırmada iştirak edən şikayətçi K.Kərimli müraciətində iddia etdiyi qanun pozuntularını təsdiq edən hər hansı bir sübut təqdim edə bilməmişdir.
Araşdırma zamanı müəyyən edilmişdir ki, qeydə alınmış namizəd K.Kərimli Qızılağac bələdiyyəsini əhatə edən seçki məntəqələrində səsvermə günü qanun pozuntularının baş verməsi ilə bağlı 2014-cü dekabrın 27-də 71 saylı Masallı kənd seçki dairəsinin dairə seçki komissiyasına müraciət etmişdir. Dairə seçki komissiyasının 29 dekabr 2014-cü il tarixli 22/81 saylı qərarı ilə həmin müraciət əsassız hesab edilərək təmin edilməmişdir.
Tam, obyektiv və qərəzsiz araşdırma ilə əldə edilmiş yazılı sübutlarla müraciətdə iddia olunan hallar təkzib olunduğundan şikayət təmin edilməməli və 71 saylı Masallı kənd seçki dairəsi dairə seçki komissiyasının 29 dekabr 2014-cü il tarixli 22/81 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. 71 saylı Masallı kənd seçki dairəsindən Qızılağac bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Kərimli Kərim Fazil oğlunun 3 yanvar 2015-ci il tarixli 119 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və həmin seçki dairəsi dairə seçki komissiyasının 29 dekabr 2014-cü il tarixli 22/81 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
6 января 2015, 09:0111 августа 2014, 15:08
Азербайджан утвердил список телесных повреждений для исполнения закона об обязательном страховании подробно...
11 августа 2014, 13:08
О некоторых мерах, связанных с проведением I Европейских игр подробно...
11 августа 2014, 13:08
О проведении 100-летнего юбилея С.Г.Рагимова подробно...
8 августа 2014, 09:08
О мерах по строительству автомобильной дороги Гузанлы-Учоглан-Хындырыстан-Сафарли Агдамского района подробно...
6 августа 2014, 09:08
О присвоении высших специальных званий сотрудникам Прокуратуры Азербайджанской Республики подробно...
6 августа 2014, 09:08
О назначении К.Б.Алиева заместителем Генерального прокурора Азербайджанской Республики – начальником Главного управления по борьбе с коррупцией при Генеральном прокуроре Азербайджанской Республики подробно...
5 августа 2014, 17:08
Министерство юстиции открыло выражение интереса к двум тендерам на консультационные услуги по проекту JSSIP подробно...
5 августа 2014, 13:08
Азербайджан подключил TRACECA к решению проблемы гибели людей в ДТП подробно...
4 августа 2014, 09:08
О проектировании здания Бакинской хореографической академии подробно...
1 августа 2014, 10:08
Отменена ежегодная проверка центров по облуживанию тахографов для автомобильного транспорта подробно...