2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 yanvar 2015-ci il tarixli 124 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 59 saylı Salyan seçki dairəsindən Qızılağac bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Cəlilov Əvəz Vəli oğlu 2015-ci il yanvarın 3-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, səsvermə günü həmin seçki dairəsi üzrə 22 saylı seçki məntəqəsində seçkilərin keçirilməsində qanun pozuntularının olduğunu iddia etmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

 

Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin geri qaytarılması barədə rəy vermişdir.

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 4.1.2-ci bəndinə əsasən seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilər.

 

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar  şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1-ci, 2-ci, 4.1.2-ci, 6-cı və 7-ci  bəndlərinə əsasən qərara alır:

 

1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 59 saylı Salyan seçki dairəsindən Qızılağac bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Cəlilov Əvəz Vəli oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 yanvar 2015-ci il tarixli 124 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən ərizəçiyə geri göndərilsin.

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr  Məzahir Pənahov

Katib    Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

6 января 2015, 09:01

http://www.azertag.net

3061—3070 из 3607

27 августа 2014, 15:08

Министерства труда и соцзащиты Азербайджана и Турции ведут обмен опытом   подробно...

27 августа 2014, 10:08

Технический комитет по метрологии учреждён в Азербайджане   подробно...

26 августа 2014, 12:08

Повышены должностные оклады отдельных государственных служащих   подробно...

25 августа 2014, 09:08

О награждении военнослужащих Особой службы государственной охраны Азербайджанской Республики   подробно...

22 августа 2014, 09:08

Практически каждый второй претендент на место в специализированных лицеях был отсеян   подробно...

22 августа 2014, 09:08

О дополнительных мерах по строительству автомобильных дорог Рустов-Ханегях-Гюрдех, Рустов-Нойдюн-Шудуг, Рустов-Меджкехадже, Рустов-Бахчалы-Екдар Губинского района   подробно...

21 августа 2014, 12:08

Адресная социальная помощь поставлена под online-надзор   подробно...

21 августа 2014, 09:08

О мерах по строительству автомобильной дороги Товуз-Хунанлар-Гараханлы-Дюз Джырдахан Товузского района   подробно...

20 августа 2014, 16:08

Европейская комиссия готовит конференцию по экологической безопасности Азербайджана   подробно...

20 августа 2014, 09:08

О дополнительных мерах по строительству автомобильной дороги Нода-Шингедулан-Ханегях Лерикского района   подробно...