2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 98 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən Sitalçay bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Qasımov Rövşən İsmayıl oğlu 2015-ci il yanvarın 1-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına 44 saylı Sumqayıt-Xızı seçki dairəsinin dairə seçki komissiyasının 30 dekabr 2014-cü il tarixli 28/606 saylı qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və Sitalçay bələdiyyəsi üzrə seçkinin nəticələrinin ləğv olunmasını xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Müraciət etmiş şəxsə araşdırma aparılması barədə məlumat verilmiş, ona araşdırmada iştirak etmək hüququ izah edilmişdir.
Araşdırma ilə müəyyən olunmuşdur ki, 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən Sitalçay bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Qasımov Rövşən İsmayıl oğlu səsvermə günü seçki dairəsinin 32 saylı məntəqə seçki komissiyasında ehtimal olunan pozuntular barədə şikayətini dairə seçki komissiyasına 29 dekabr 2014-cü il tarixdə təqdim etmişdir. Müraciət dairə seçki komissiyasının nəzdindəki ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş və müəyyən edilmişdir ki, şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 maddəsinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinin pozulması ilə, yəni şikayətvermə müddətinin ötürülməsi ilə daxil olmuşdur. Ona görə də qanunvericiliyin tələblərinə uyğun olaraq şikayətin onu göndərən şəxsə geri göndərilməsi barədə rəy verilmişdir. Göstərilənlərə əsasən dairə seçki komissiyasının mübahisələndirilən 30 dekabr 2014-cü il tarixli 28/606 saylı qərarı ilə müraciət, müddətin ötürülməsi ilə verildiyindən geri qaytarılmışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə görə seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.
“Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 7.1-ci maddəsinə əsasən ekspert şikayətin Seçki Məcəlləsi və bu Təlimatla müəyyən edilmiş qaydaların pozulması ilə daxil olduğunu aşkar etdikdə, bu barədə qrup koordinatorunu məlumatlandırmaqla, şikayətin onu təqdim edən şəxsə geri göndərilməsinə dair rəy verməlidir.
Müraciətin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması ilə dairə seçki komissiyasının mübahisələndirilən qərarının ləğv edilməsi və şikayətin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən Sitalçay bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Qasımov Rövşən İsmayıl oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 98 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, həmin dairə seçki komissiyasının 30 dekabr 2014-cü il tarixli 28/606 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
5 января 2015, 09:01
8 июля 2014, 10:07
Лицензия Азербайджанского общественно-политического университета не продлена подробно...
8 июля 2014, 09:07
Студентам-педагогам станут доплачивать до 50% будущей зарплаты подробно...
7 июля 2014, 15:07
Спецификации по оборонному заказу утвердил Азербайджан подробно...
7 июля 2014, 09:07
О мерах по строительству автомобильной дороги Ени Зод-Чайкенд-Гарабулаг-Гушчу-Сарысу Гейгельского района подробно...
7 июля 2014, 09:07
О дополнительных мерах по строительству автомобильной дороги Гюнешли-Агайры-Исметли-Аранлы-Чинарлы-Алиабад Билясуварского района подробно...
4 июля 2014, 17:07
Государственный таможенный комитет Азербайджана уже выполнил годовой прогноз таможенных сборов на 48,47% подробно...
4 июля 2014, 15:07
Завершена пробная сельскохозяйственная перепись в Азербайджане подробно...
4 июля 2014, 14:07
Министерство образования Азербайджана выделит 5 тыс. манатов на общественные идеи по улучшению обучения подробно...
4 июля 2014, 09:07
О дополнительных мерах по строительству автомобильной дороги Ашагы Гейнюк-Баш Гейнюк-Баш Шабалыд города Шеки подробно...
3 июля 2014, 09:07
О мерах по строительству автомобильной дороги Гусар-Имамгулукенд-Гухуроба Гусарского района подробно...