2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 93 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 92 saylı Zərdab-Ucar seçki dairəsi üzrə Bıçaqcı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Məmişov Məmiş Naməddin oğlu 2015-ci il yanvarın 1-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, həmin seçki dairəsi dairə seçki komissiyasının səslərin təkrar hesablanmasına dair 29 dekabr 2014-cü il tarixli 18/45 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Araşdırma prosesində müraciət etmiş şəxsə araşdırma aparılması barədə məlumat verilmiş, ona araşdırmada iştirak etmək hüququ izah edilmişdir.

Müraciətin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, 92 saylı Zərdab-Ucar seçki dairəsi dairə seçki komissiyasının Bıçaqcı bələdiyyəsi üzrə səslərin təkrar hesablanmasının nəticələrinə dair müvafiq qərarının ləğv edilməsi ilə bağlı iddialar öz təsdiqini tapmadığından müraciət əsassız hesab edilərək təmin edilməməlidir.

92 saylı Zərdab-Ucar seçki dairəsi dairə seçki komissiyasının üzvlərinin, həmin dairə üzrə Bıçaqcı bələdiyyəsini əhatə edən 10 saylı seçki məntəqəsi məntəqə seçki komissiyası üzvlərinin izahatlarından görünür ki, səslərin təkrar hesablanması qaydası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təşkil edilmiş, həmin prosesi müşahidə etmək hüququ olan şəxslərin səslərin sayılmasında iştirakı təmin edilmişdir.

Araşdırma zamanı müəyyən edilmişdir ki, 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Bıçaqcı bələdiyyəsini əhatə edən 10 saylı seçki məntəqəsi məntəqə seçki komissiyasının protokolundakı səsvermənin nəticələri səslərin təkrar hesablanmasına dair dairə seçki komissiyasının müvafiq protokolunda əks olunan nəticələrlə eynidir.

Bundan başqa səslərin təkrar hesablanması prosesini birbaşa müşahidə etmiş Bıçaqcı bələdiyyəsi üzvlüyünə qeydə alınmış digər namizədlərin E.Y.Yusifova, S.E.İbrahimova və müxtəlif siyasi partiyaları təmsil edən müşahidəçilərin Ə.S.Cavadov (ASRP), F.M.İsgəndərov (BAXCP), T.M.Valikov (AVP) və Ə.H.Həsənov izahatlarına əsasən səslərin təkrar hesablanması prosesi Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilmiş və məntəqə seçki komissiyasının səsvermənin nəticələri haqqında protokolu ilə səslərin təkrar hesablanmasına dair dairə seçki komissiyasının protokolu arasında heç bir uyğunsuzluq olmamışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:

 

1. 92 saylı Zərdab-Ucar seçki dairəsi üzrə Bıçaqcı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Məmişov Məmiş Naməddin oğlunun 1 yanvar 2015-ci il tarixli 93 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və həmin seçki dairəsi dairə seçki komissiyasının 29 dekabr 2014-cü il tarixli 18/45 saylı Qərarı dəyişdirilmədən saxlanılsın.

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

5 января 2015, 09:01

http://www.azertag.net

1661—1670 из 3607

20 ноября 2017, 09:11

О присвоении почетного звания «Заслуженный журналист»   подробно...

20 ноября 2017, 09:11

О присвоении почетного звания «Заслуженный учитель»   подробно...

16 ноября 2017, 09:11

О проведении 110-летия академика Ашрафа Гусейнова   подробно...

16 ноября 2017, 09:11

О создании Организационного комитета в связи с проведением в городе Баку в 2018 году чемпионата мира по велосипедному спорту «BMX Racing»   подробно...

15 ноября 2017, 10:11

О проведении 100-летнего юбилея Бакинского государственного университета   подробно...

14 ноября 2017, 10:11

О мерах по продолжению строительства Гянджинского государственного драматического театра   подробно...

14 ноября 2017, 10:11

О награждении группы лиц по случаю сдачи в эксплуатацию железнодорожной линии Баку-Тбилиси-Карс   подробно...

13 ноября 2017, 09:11

О награждении медалью «Терегги» сотрудников Центра стратегических исследований при Президенте Азербайджанской Республики   подробно...

10 ноября 2017, 09:11

О победе азербайджанских шахматистов на командном чемпионате Европы   подробно...

10 ноября 2017, 09:11

Участникам церемонии, посвященной 50-летнему юбилею Бакинского метрополитена   подробно...