2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 86 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən Sarıcalı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Qasımov Rəşad Həbib oğlu 2015-ci il yanvarın 1-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, səsvermə günü həmin seçki dairəsi üzrə 26 saylı seçki məntəqəsində seçkilərin keçirilməsində qanun pozuntularının olduğunu iddia etmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin geri qaytarılması barədə rəy vermişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 4.1.2-ci bəndinə əsasən seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilər.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4.1.2-ci, 6-cı və 7-ci bəndlərinə əsasən qərara alır:
1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən Sarıcalı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Qasımov Rəşad Həbib oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 86 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən ərizəçiyə geri göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
5 января 2015, 09:0117 апреля 2020, 10:04
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению обеспечения посевных площадей в Гахском районе оросительной водой и удовлетворению потребностей населения в питьевой воде подробно...
17 апреля 2020, 10:04
Распоряжение Президента Азербайджанской Республики О назначении Э.С.Рустамова председателем Центрального банка Азербайджанской Республики подробно...
16 апреля 2020, 10:04
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению обеспечения посевных площадей в Масаллинском районе оросительной водой и удовлетворению потребностей населения в питьевой воде подробно...
15 апреля 2020, 09:04
Распоряжение Президента Азербайджанской Республики Об усилении социальной защиты работников, участвующих в оказании социальных услуг в период специального карантинного режима подробно...
15 апреля 2020, 09:04
Распоряжение Президента Азербайджанской Республики О выделении средств для улучшения обеспечения производителей сельскохозяйственной продукции микрокредитами в условиях пандемии коронавируса и в последующий период подробно...
15 апреля 2020, 09:04
Распоряжение Президента Азербайджанской Республики О награждении И.Г.Исаева орденом «Эмек» 2-й степени подробно...
14 апреля 2020, 09:04
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению обеспечения посевных площадей в Огузском районе оросительной водой и удовлетворению потребностей населения в питьевой воде подробно...
14 апреля 2020, 09:04
Распоряжение Президента Азербайджанской Республики О награждении орденом «Шараф» Ф.З.Гасанова подробно...
10 апреля 2020, 10:04
Постановление Милли Меджлиса Азербайджанской Республики О назначении Э.С.Рустамова на должность члена Правления Центрального банка Азербайджанской Республики подробно...
10 апреля 2020, 10:04
Распоряжение Президента Азербайджанской Республики О выделении средств для закупки медицинского оборудования и других медицинских средств в рамках осуществляемых в Азербайджанской Республике мер в сфере здравоохранения против пандемии коронавируса подробно...