Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Macarıstanın Milli İnkişaf Nazirliyi arasında Azərbaycan Respublikasında Regional Məlumat Mərkəzinin yaradılması və innovativ texnologiyaların tətbiqi sahəsindəəməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Macarıstanın Milli İnkişaf Nazirliyi arasında Azərbaycan Respublikasında Regional Məlumat Mərkəzinin yaradılması və innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq haqqında 2014-cü il noyabrın 11-də Budapeşt şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Macarıstan Hökumətinə bildiriş göndərsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 dekabr 2014-cü il.

30 декабря 2014, 09:12

http://www.azertag.net

2871—2880 из 3607

16 декабря 2014, 09:12

О награждении сотрудников Министерства по чрезвычайным ситуациям Азербайджанской Республики   подробно...

16 декабря 2014, 09:12

Президенту Республики Казахстан Его Превосходительству господину Нурсултану Назарбаеву   подробно...

16 декабря 2014, 09:12

Королю Бахрейна Его величеству шейху Хамаду бен Исе Аль Халифе   подробно...

16 декабря 2014, 09:12

О присвоении Х.М.Наджафову почетного звания «Заслуженный инженер»   подробно...

16 декабря 2014, 09:12

О присвоении Х.К.Керимову воинского звания генерал-майора   подробно...

11 декабря 2014, 09:12

О дополнительных мерах по строительству автомобильной дороги Дегади-Пеликеш Астаринского района   подробно...

10 декабря 2014, 09:12

О дополнительных мерах по строительству автомобильной дороги Балакен-Сарыбулаг-Габагчель-Халатала Балакенского района   подробно...

9 декабря 2014, 09:12

О дополнительных мерах по строительству автомобильной дороги Джалилабад-Астанлы-Дженган-Солтанкенд Джалилабадского района   подробно...

8 декабря 2014, 09:12

Президенту Финляндской Республики Его превосходительству господину Саули Ниинисте   подробно...

8 декабря 2014, 09:12

О дополнительных мерах по строительству автомобильной дороги Газах-Гушчу Айрым Газахского района   подробно...