2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 26 dekabr 2014-cü il tarixli 61 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən Təklə bələdiyyəsi üzrə qeydə alınmış namizəd Quliyev Xalid Əlişan oğlu və digərləri 2014-cü il dekabrın 26-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, həmin seçki dairəsi üzrə səsvermə günü 23, 24, 25 və 26 saylı seçki məntəqələrində qanun pozuntularının olduğunu bildirmiş, müvafiq tədbir görülməsini xahiş etmişlər.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən Təklə bələdiyyəsi üzrə qeydə alınmış namizəd Quliyev Xalid Əlişan oğlu və digərlərinin Mərkəzi Seçki Komissiyasına daxil olmuş 26 dekabr 2014-cü il tarixli 61 saylı müraciəti araşdırılması üçün aidiyyəti üzrə həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
29 декабря 2014, 09:1217 сентября 2014, 09:09
О проведении 75-летнего юбилея Рафига Зяка Хандана подробно...
16 сентября 2014, 12:09
В Азербайджане утверждены правила обмена данными таможенной разведки подробно...
16 сентября 2014, 09:09
Президенту Мексиканских Соединенных Штатов Его превосходительству господину Энрике Пенья Ньето подробно...
15 сентября 2014, 14:09
В Азербайджане объявлена «неделя безопасного труда» подробно...
15 сентября 2014, 09:09
Президенту Республики Гондурас Его превосходительству господину Хуану Орландо Эрнандесу Альварадо подробно...
12 сентября 2014, 16:09
Президент Азербайджана распорядился об избежание дублирования электронных государственных услуг в стране подробно...
12 сентября 2014, 09:09
Президенту Республики Индия Его превосходительству господину Пранабу Мукерджи подробно...
12 сентября 2014, 09:09
Президенту Исламской Республики Пакистан Его превосходительству господину Мамнуну Хусейну подробно...
12 сентября 2014, 09:09
Верховному руководителю Исламской Республики Иран Аятолле Сейеду Али Хаменеи подробно...
12 сентября 2014, 09:09
Участникам Первой Азербайджанской международной выставки оборонной промышленности подробно...