2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 26 dekabr 2014-cü il tarixli 61 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən Təklə bələdiyyəsi üzrə qeydə alınmış namizəd Quliyev Xalid Əlişan oğlu və digərləri 2014-cü il dekabrın 26-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, həmin seçki dairəsi üzrə səsvermə günü 23, 24, 25 və 26 saylı seçki məntəqələrində qanun pozuntularının olduğunu bildirmiş, müvafiq tədbir görülməsini xahiş etmişlər.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

 

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar  şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən   qərara alır:

 

1. 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən Təklə bələdiyyəsi üzrə qeydə alınmış namizəd Quliyev Xalid Əlişan oğlu və digərlərinin Mərkəzi Seçki Komissiyasına daxil olmuş 26 dekabr 2014-cü il tarixli 61 saylı müraciəti araşdırılması üçün aidiyyəti üzrə həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr   Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

29 декабря 2014, 09:12

http://www.azertag.net

1841—1850 из 3607

16 июня 2017, 09:06

О мерах по продолжению восстановительных работ в селе Джоджуг Мерджанлы Джебраильского района   подробно...

14 июня 2017, 09:06

О предоставлении Р.Ф.Гасымову специальной олимпийской стипендии Президента Азербайджанской Республики   подробно...

13 июня 2017, 09:06

О мерах по строительству автомобильной дороги Хырдалан-Бинагади-Балаханы   подробно...

12 июня 2017, 09:06

О мерах по строительству автомобильной дороги Агстафа-Кочаскер Агстафинского района   подробно...

12 июня 2017, 09:06

О мерах по строительству автомобильной дороги Мехтиабад-Дигях-Мамедли Абшеронского района   подробно...

9 июня 2017, 09:06

О дополнительных мерах по расширению территории комплекса приморского парка-бульвара в городе Астара   подробно...

9 июня 2017, 09:06

О дополнительных мерах по капитальному ремонту и восстановлению многоквартирных зданий в городе Лянкяран   подробно...

8 июня 2017, 09:06

О дополнительных мерах по капитальному ремонту и восстановлению многоквартирных зданий в городе Лянкяран   подробно...

7 июня 2017, 09:06

О дополнительных мерах по улучшению дорожно-транспортной инфраструктуры Загатальского района   подробно...

6 июня 2017, 10:06

Список распределения субартезианских скважин, бурение которых предусмотрено в 2017 году, по населенным пунктам   подробно...