2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 dekabr 2014-cü il tarixli 24 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 82 saylı Ağcabədi seçki dairəsindən Ağcabədi rayon Şənlik bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Paşayev Rasim Əhmədalı oğlu və digərləri 2014-cü il dekabrın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, həmin seçki dairəsi üzrə 16 və 17 saylı seçki məntəqələrində seçkinin nəticələrinin saxtalaşdırıldığını bildirmiş və müvafiq tədbir görülməsini xahiş etmişlər.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.2, 112.3-cü maddələrinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 82 saylı Ağcabədi seçki dairəsindən Ağcabədi rayon Şənlik bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Paşayev Rasim Əhmədalı oğlu və digərlərinin Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 dekabr 2014-cü il tarixli 24 saylı müraciəti araşdırılması üçün aidiyyəti üzrə 82 saylı Ağcabədi seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
25 декабря 2014, 13:128 апреля 2014, 17:04
Министерство образования Азербайджана поможет абитуриентам выбирать специальности подробно...
8 апреля 2014, 15:04
ICARDA начинает исследования по развитию сельского хозяйства на засолённых почвах в Азербайджане подробно...
8 апреля 2014, 10:04
Возбуждено дело против начальника районного отдела образования подробно...
7 апреля 2014, 17:04
Всемирный банк и Госкомитет по ценным бумагам провели консультации в Баку подробно...
7 апреля 2014, 15:04
В Азербайджане нотариальные конторы будут регистрировать права на имущество подробно...
7 апреля 2014, 12:04
В Азербайджане более половины налогоплательщиков нарушают правила безналичных расчётов подробно...
7 апреля 2014, 11:04
Запущена американская программа деловых стажировок по теме «Упаковка и маркетинг» подробно...
7 апреля 2014, 11:04
В Азербайджане началась экспертиза содержания школьных учебников подробно...
7 апреля 2014, 11:04
Президент Академии наук Азербайджана избран членом Инженерной академии подробно...
7 апреля 2014, 10:04
Появились первые предпочтения в отношении подрядчиков по обновлению подвижного состава «Азербайджанских железных дорог» подробно...