2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 dekabr 2014-cü il tarixli 21 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 85 saylı Şamaxı seçki dairəsi üzrə Göylər bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Salahov Toğrul və digərləri 2014-cü il dekabrın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına  müraciət edərək, həmin seçki dairəsi üzrə 20 və 21 saylı seçki məntəqələrində qanun pozuntusunun olduğunu bildirmişlər.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

 

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:

 

1. 85 saylı Şamaxı seçki dairəsi üzrə Göylər bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Toğrul Salahov və digərlərinin Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 dekabr 2014-cü il tarixli 21 saylı müraciəti araşdırılması üçün aidiyyəti üzrə 85 saylı Şamaxı seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

25 декабря 2014, 13:12

http://www.azertag.net

3311—3320 из 3607

30 апреля 2014, 16:04

Отданы приказы по усилению боеспособности и дисциплины в частях и соединениях Вооружённых сил Азербайджана   подробно...

30 апреля 2014, 13:04

Министерство налогов Азербайджана предупредило пользователей системы электронной торговли   подробно...

29 апреля 2014, 16:04

Страховые брокеры должны страховать свою профессиональную ответственность на сумму до 1 млн. манатов   подробно...

29 апреля 2014, 16:04

Презентованы первичные работы по созданию археологического парка Гёйтепе   подробно...

29 апреля 2014, 10:04

Азербайджан будет использовать южные регионы для развития культурного туризма   подробно...

29 апреля 2014, 10:04

Министр финансов Азербайджана утвердил процедуры консолидации страховых компаний   подробно...

28 апреля 2014, 17:04

Счётная палата проверит Holcim   подробно...

28 апреля 2014, 16:04

Глава МИД Азербайджана примет участие в заседании Вышеградской четвёрки   подробно...

28 апреля 2014, 14:04

В Азербайджане объявлен повторный инвестиционный конкурс на акции переработчика хлопка в Билясуваре   подробно...

28 апреля 2014, 12:04

Латвия и Германия помогут создать в Азербайджане частные пенсионные фонды   подробно...