Azərbaycan alimlərinin birinci qurultayının iştirakçılarına

Hörmətli qurultay iştirakçıları!

Sizi Azərbaycan alimlərinin birinci qurultayının öz işinə başlaması münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı və ölkəmizin gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Sivilizasiyaların qovuşuğunda yerləşən qədim mədəniyyət mərkəzi Azərbaycanda elmin çoxəsrlik tarixi və ənənələri vardır. Xalqımızın dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi mütəfəkkir alimlər antik dövrün elmi nailiyyətlərinin Avropaya çatdırılmasında özünəməxsus rol oynamış, mədəniyyətlərarası dialoqun qurulması və Şərqlə Qərb arasında mədəni-elmi varislik əlaqələrinin qorunub saxlanması işinə misilsiz töhfələr vermişlər. Onların yüzillər boyu dəyərini itirməyən əsərləri bəşəriyyətin intellektual inkişafına xidmətin parlaq nümunələridir.

Elmimiz tarixində XX əsr taleyüklü hadisələrlə zəngin olmuşdur. Milli Elmlər Akademiyasının, universitetlərin və digər elmi tədqiqat qurumlarının təşkili Azərbaycan elminin dünya elm məkanına inteqrasiyasına əlverişli zəmin yaratmışdır. Müasir cəmiyyət quruculuğunu təmin edən əsas amil kimi elm bu gün də müstəqil Azərbaycanın dövlət siyasətinin prioritet sahələrindəndir.

Qurultayınız ölkəmizdə sosial-iqtisadi və mədəni-mənəvi tərəqqi istiqamətində quruculuq işlərinin müvəffəqiyyətlə aparıldığı dövrə təsadüf edir. İnanıram ki, bu ilk məclisiniz qloballaşma dövrünün yeni-yeni çağırışlarına cavablar axtaracaq və milli elmi potensialın ölkənin dinamik yüksəlişi naminə yeni, innovativ prinsiplər əsasında səfərbər olunması yolunda mühüm addım təşkil edəcəkdir.

İqtisadiyyatımızın davamlı inkişafı, biliklərə əsaslanan cəmiyyətin formalaşdırılması və insan kapitalına investisiyaların qoyuluşu yaxın perspektiv üçün başlıca strateji məqsədlərimizdəndir. Bütün bunlar yüksəkixtisaslı insan resursları, yeni elmi yanaşmalar və çevik innovasiya fəallığı tələb edərək Azərbaycan elmi qarşısında tamamilə yeni vəzifələr irəli sürür. Əminəm ki, ilk qurultayınızda bununla əlaqədar səmərəli fikir mübadiləsi və müzakirələr aparılacaq, respublikamızın gələcəyi baxımından böyük əhəmiyyətə malik fəaliyyət proqramı qəbul olunacaqdır.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 dekabr 2014-cü il

22 декабря 2014, 09:12

http://www.azertag.net

3271—3280 из 3607

13 мая 2014, 16:05

Шахин Мустафаев примет участие в XXIII годовом собрании совета управляющих EBRD   подробно...

13 мая 2014, 12:05

О награждении орденом «Шараф» Г.И.Абуталыбова   подробно...

13 мая 2014, 13:05

О награждении орденом «Достлуг» А.М.Тулеева   подробно...

12 мая 2014, 09:05

О награждении сотрудников Фонда Гейдара Алиева медалью «Терегги»   подробно...

12 мая 2014, 09:05

О создании в подчинении Министерства связи и высоких технологий Азербайджанской Республики Закрытого акционерного общества «Национальный центр ядерных исследований» для использования ядерных технологий в мирных целях   подробно...

8 мая 2014, 14:05

Открыт приём предложений по развитию промышленности в Азербайджане   подробно...

8 мая 2014, 09:05

О награждении Мирейи Агуэро де Корралес орденом «Достлуг»   подробно...

8 мая 2014, 09:05

О предоставлении Ш.Н.Гасанову персональной пенсии Президента Азербайджанской Республики   подробно...

8 мая 2014, 09:05

О назначении М.С.Мамедова главой Исполнительной власти Тертерского района   подробно...

7 мая 2014, 17:05

Азербайджанские инспекторы труда вновь взялись за строительный сектор   подробно...