“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 848-IVQD nömrəli Qanununun tətbiqi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 848-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1.            Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1.        Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2.        Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3.        mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4.        həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2.            Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 228; 2005, № 8, maddə 708, № 9, maddə 801, № 12, maddə 1103; 2006, № 12, maddə 1034; 2008, № 2, maddə 54; 2012, № 1, maddə 6; Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 62 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənddə “11.3.4-cü” sözlərindən sonra “, 11.4-1-ci (birinci və ikinci cümlələrdə)” sözləri əlavə edilsin;

3.2. aşağıdakı məzmunda 2.17-ci bənd əlavə edilsin:

“2.17. həmin Qanunun 11.4-1-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 fevral 2014-cü il.

 

4 февраля 2014, 09:02

http://www.azertag.net

3571—3580 из 3607

15 января 2014, 08:01

Распоряжение Президента Азербайджанской Республики О создании Университета «АДА»   подробно...

15 января 2014, 08:01

Распоряжение Президента Азербайджанской Республики О проведении 90-летнего юбилея Нахчыванской Автономной Республики   подробно...

14 января 2014, 09:01

Университет АДА учреждён в Азербайджане   подробно...

14 января 2014, 09:01

Министерство туризма вносит новые пункты в проект закона «О туризме»   подробно...

14 января 2014, 09:01

Распоряжение Президента Азербайджанской Республики О награждении орденом «Шохрат»   подробно...

13 января 2014, 15:01

Эксперт: жилые объекты формируют цены на недвижимость в Баку   подробно...

13 января 2014, 14:01

Советник президента Академии наук провёл переговоры с руководством ABC   подробно...

13 января 2014, 09:01

Распоряжение Президента Азербайджанской Республики Об объявлении 2014 года в Азербайджанской Республике «Годом промышленности»   подробно...

13 января 2014, 09:01

Распоряжение Президента Азербайджанской Республики О материально-техническом обеспечении нового здания Музея азербайджанского ковра   подробно...

29 декабря 2013, 09:12

О съемках многосерийного телевизионного художественного фильма по дастанам «Деде Горгуд»   подробно...