“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.3. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13.1-ci maddəsinə uyğun olaraq, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.4. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13.5-ci maddəsinə uyğun olaraq, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydasını və nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın formasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki:
3.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13.1-ci və 13.5-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
3.2. həmin Məcəllənin 13.4-cü maddəsinin birinci və ikinci cümlələrində müvafiq icra hakimiyyəti orqanları dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri nəzərdə tutulur.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 dekabr 2014-cü il.
17 декабря 2014, 10:12
24 сентября 2014, 09:09
О создании военных кафедр в Полицейской академии Министерства внутренних дел Азербайджанской Республики и Академии Министерства по чрезвычайным ситуациям Азербайджанской Республики подробно...
24 сентября 2014, 09:09
Еврейской общине Азербайджана подробно...
23 сентября 2014, 09:09
Наследному принцу Королевства Саудовская Аравия, заместителю премьер-министра, министру обороны Его высочеству Салману ибн Абдель Азизу Аль Сауду подробно...
23 сентября 2014, 09:09
Служителю двух благородных святынь Королю Саудовской Аравии Его величеству Абдалле ибн Абдель Азизу Аль Сауду подробно...
22 сентября 2014, 16:09
Кабинет министров: расширение государственного бюджета в 2015 году будет адекватным росту ВВП Азербайджана подробно...
22 сентября 2014, 09:09
О награждении работников нефтяной промышленности Азербайджанской Республики подробно...
22 сентября 2014, 09:09
О предоставлении персональной пенсии Президента Азербайджанской Республики подробно...
22 сентября 2014, 09:09
О присвоении почетных званий работникам нефтяной промышленности Азербайджанской Республики подробно...
22 сентября 2014, 09:09
О награждении орденом «Достлуг» Алесдера Дарлея Шеферда Кука подробно...
22 сентября 2014, 09:09
О награждении орденом «Достлуг» Гордона Янга Биррелла подробно...