Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Son illərdə Sabirabad rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, əsas kapitala yönəldilmiş vəsait 168,5 dəfə, o cümlədən tikinti quraşdırma işləri 178,5 dəfə artmış, Olimpiya İdman Kompleksi, Bayraq meydanı, “Asan Xidmət” Mərkəzi tikilmiş, rayon mədəniyyət evi əsaslı təmir olunmuş, 3800 şagird yerlik 12 məktəb, 100 yerlik uşaq bağçası inşa edilmiş, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, yeni kənd təsərrüfatı və emal müəssisələri yaradılmış, 29 modul tipli sutəmizləyici qurğu quraşdırılmış, müasir istixana kompleksləri, 12 min tonluq regional logistik baza istifadəyə verilmiş, avtomobil yolları çəkilmiş, körpülər salınmış, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Sabirabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə qərara alıram:
1. Sabirabad rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Sabirabad Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr 2014-cü il.
17 декабря 2014, 10:1222 февраля 2016, 09:02
О мерах по строительству автомобильной дороги Говлар- Эйюблу-Алакол-Ибрагимгаджилы- Яныглы-Агаджгала-Гочдере-Чобансыгнаг-Йогунбулаг-Сарытала Товузского района подробно...
22 февраля 2016, 09:02
Народному поэту Нариману Гасанзаде подробно...
19 февраля 2016, 09:02
О проведении 90-летнего юбилея Первого тюркологического съезда подробно...
19 февраля 2016, 09:02
О дополнительных мерах по строительству Гянджинской государственной филармонии подробно...
18 февраля 2016, 09:02
Сообщение пресс-службы Президента подробно...
16 февраля 2016, 09:02
Об упрощении визовых процедур для иностранцев и лиц без гражданства, которые прибудут в Азербайджанскую Республику в связи с организацией и проведением финального этапа чемпионата Европы по футболу среди юношей до 17 лет подробно...
16 февраля 2016, 09:02
Об обеспечении проведения в 2016 году в Азербайджанской Республике финального этапа чемпионата Европы по футболу среди юношей до 17 лет подробно...
11 февраля 2016, 09:02
О дополнительных мерах по строительству автомобильной дороги Ярдымлы-Деман-Арвана Ярдымлинского района подробно...
10 февраля 2016, 09:02
О дополнительных мерах по строительству автомобильной дороги Зазалы-комплекс «Имамзаде»-Гянджа города Гянджи подробно...
9 февраля 2016, 09:02
О дополнительных мерах по строительству автомобильной дороги Текле-Сюндю-Хильмилли Гобустанского района подробно...