"Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr tarixli 260 nömrəli qərarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 386
Bakı şəhəri, 4 dekabr 2014-cü il
"Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr tarixli 260 nömrəli qərarında dəyişiklik edilməsi barədə
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununa və "Atçılıq haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 192 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr tarixli 260 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1151; 2008, № 1, maddə 39; 2009, № 1, maddə 34; 2010, № 2, maddə 150) 1-ci hissəsindən "və "Qeyri-dövlət fitosanitar xidməti subyektlərinin uçotu Qaydaları" sözləri çıxarılsın.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
15 декабря 2014, 09:1228 августа 2015, 09:08
О дополнительных мерах по строительству автомобильной дороги Аскерабад-Муган Билясуварского района подробно...
26 августа 2015, 09:08
О дополнительных мерах в связи со строительством автомобильной дороги Хюсюлю-Кюрдляр-Шарафханлы-Мирзаагвердили Агджабединского района подробно...
25 августа 2015, 09:08
О мерах по улучшению материально-технического обеспечения животноводства подробно...
25 августа 2015, 09:08
О дополнительных мерах в связи со строительством автомобильной дороги Низами- Алиламбейли-Азадкенд-Сарханбейли Сабирабадского района подробно...
25 августа 2015, 09:08
О награждении военнослужащих Особой службы государственной охраны Азербайджанской Республики подробно...
25 августа 2015, 09:08
О присвоении Э.Б.Гамидову высшего воинского звания генерал-майора медицинской службы подробно...
18 августа 2015, 10:08
О дополнительных мерах в связи со строительством автомобильной дороги Джалилабад-Астанлы-Джанган-Солтанкенд Джалилабадского района подробно...
18 августа 2015, 10:08
О присвоении А.А.Гасымову почетного звания «Заслуженный врач» подробно...
18 августа 2015, 10:08
О присвоении Э.С.Мамедову почетного звания «Заслуженный журналист» подробно...
18 августа 2015, 10:08
О награждении военнослужащих Государственной пограничной службы Азербайджанской Республики подробно...