"Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 379

Bakı şəhəri, 21noyabr 2014-cü il

"Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, №7, maddə 747; 2012, №8, maddələr 827, 830; 2013, №3, maddə 347, №7, maddə 886, №8, maddə 1017, №10, maddə 1218; 2014, №1, maddələr 51, 69, №2, maddə 201, №4, maddə 441, №5, maddələr 572, 594, №6, maddə 194, №8, maddə 1015) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Azərbaycan Respubli-kasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeli-yində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)"nin cədvəlinin 8-ci sırasının "cəmi" və "aparat üzrə" sütunlarında "4" rəqəmi "7" rəqəmi ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

10 декабря 2014, 09:12

http://cabmin.gov.az/

3111—3120 из 3607

22 июля 2014, 15:07

Коммунальные, технические и антимонопольные проверки бизнеса ограничены в Азербайджане   подробно...

22 июля 2014, 09:07

Энергетический надзор введён в Азербайджане   подробно...

22 июля 2014, 09:07

О назначении М.Г.Гурбанлы председателем Государственного комитета Азербайджанской Республики по работе с религиозными образованиями   подробно...

21 июля 2014, 16:07

Мубариз Гурбанлы назначен председателем комитета по делам религиозных учреждений   подробно...

21 июля 2014, 15:07

Фирудин Гурбанов назначен заместителем министра образования Азербайджана   подробно...

21 июля 2014, 09:07

О назначении членов Попечительского совета Фонда знаний при Президенте Азербайджанской Республики   подробно...

21 июля 2014, 09:07

О дополнительных мерах по ускорению социально-экономического развития города Ширван   подробно...

18 июля 2014, 13:07

Персонал Фонда знаний поставлен на довольствие в Азербайджане   подробно...

18 июля 2014, 10:07

Утверждены формы запроса и уведомления о предоставлении муниципальных земель   подробно...

17 июля 2014, 16:07

ЦБА изменит сроки исполнения Государственной программы стимулирования безналичных расчётов   подробно...