Azərbaycan Respublikası vətəndaşlarının 2015-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə uyğun olaraq və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə qərara alıram:

1. 1997-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1980-1996-cı illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2015-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.

2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2015-ci il yanvarın 1-dən 30-dək ehtiyata buraxılsınlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 dekabr 2014-cü il.

4 декабря 2014, 09:12

http://www.azertag.net

201—210 из 3607

8 февраля 2022, 07:02

Указ Президента Азербайджанской Республики Об усовершенствовании управления в области транспорта на административной территории города Баку   подробно...

8 февраля 2022, 07:02

Указ Президента Азербайджанской Республики Об повышении ежемесячного денежного довольствия военнослужащих органов прокуратуры Азербайджанской Республики, не являющихся работниками военной прокуратуры   подробно...

8 февраля 2022, 07:02

Распоряжение Президента Азербайджанской Республики О создании Организационного комитета в связи с проведением в 2023 году в городе Баку 74-го Международного конгресса астронавтики   подробно...

2 февраля 2022, 07:02

Распоряжение Президента Азербайджанской Республики О награждении З.Т.Салаховой орденом «Шараф»   подробно...

2 февраля 2022, 07:02

Распоряжение Президента Азербайджанской Республики О предоставлении Президентских премий для молодежи за 2022 год   подробно...

28 января 2022, 14:01

Распоряжение Президента Азербайджанской Республики О награждении Кунио Микурии орденом «Достлуг»   подробно...

19 января 2022, 14:01

Распоряжение Президента Азербайджанской Республики Об освобождении Т.Ю.Мусаева от должности первого заместителя министра здравоохранения Азербайджанской Республики   подробно...

19 января 2022, 14:01

Распоряжение Президента Азербайджанской Республики О назначении Т.Ю.Мусаева министром здравоохранения Азербайджанской Республики   подробно...

19 января 2022, 14:01

Распоряжение Президента Азербайджанской Республики Об освобождении А.А.Фарзалиева от должности главы Исполнительной власти Наримановского района города Баку   подробно...

19 января 2022, 14:01

Распоряжение Президента Азербайджанской Республики О назначении А.А.Фарзалиева главой Исполнительной власти Абшеронского района   подробно...