“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu nəzərə alaraq qərara alır:
“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 577; 2002, № 5, maddə 240; 2003, № 12, I kitab, maddə 697; 2007, № 6, maddə 560, № 10, maddə 938; 2008, № 7, maddə 602; 2012, № 4, maddə 281) aşağıdakı dəyişikliklər edilsin:
1. 5.6-cı maddənin birinci cümləsində “keçirilə bilər” sözləri “keçirilir” sözü ilə və üçüncü cümləsində “verilə bilər” sözləri “verilir” sözü ilə əvəz edilsin;
2. 21.2-ci maddənin ikinci cümləsində “qaldırıla bilər” sözləri “qaldırılır” sözü ilə əvəz edilsin;
3. 21.2-1-ci maddədə “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilsin;
4. 23.2.7-ci maddədə “qanunvericiliklə” sözü “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 oktyabr 2014-cü il.
2 декабря 2014, 09:1217 июля 2014, 09:07
О проведении 100-летнего юбилея академика Валиды Тутаюг подробно...
17 июля 2014, 09:07
О награждении Р.Г.Алиева орденом «Истиглал» подробно...
17 июля 2014, 09:07
О мерах по усовершенствованию выездных услуг, оказываемых Государственным агентством по услугам гражданам и социальным инновациям при Президенте Азербайджанской Республики подробно...
17 июля 2014, 09:07
О награждении Т.М.Зейналова орденом «Шохрат» подробно...
16 июля 2014, 17:07
Президент Алиев открыл первую солнечную электростанцию в Азербайджане подробно...
16 июля 2014, 12:07
С 1 ноября Азербайджан вводит таможенное декларирование при экспорте товаров подробно...
15 июля 2014, 17:07
«Бакинский метрополитен» получил уставный капитал в 1,77 млрд. манатов подробно...
15 июля 2014, 15:07
В Азербайджане подготовлены Национальные квалификационные рамки подробно...
15 июля 2014, 13:07
Азербайджан усовершенствует систему прогнозирования рынка труда подробно...
14 июля 2014, 15:07
Правительство Азербайджана, BP и SOCAR готовят план действий по развитию рынка труда подробно...