“Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1100-IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1100-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 noyabr 2014-cü il.
2 декабря 2014, 09:1228 ноября 2017, 10:11
О предоставлении Ш.Г.Шарифову персональной пенсии Президента Азербайджанской Республики подробно...
28 ноября 2017, 10:11
О награждении Э.Р.Велиева орденом «За службу Отечеству» 2-й степени подробно...
28 ноября 2017, 10:11
О награждении лиц, имеющих заслуги в социально-экономическом и культурном развитии города Гянджа подробно...
28 ноября 2017, 10:11
О награждении Ю.А.Юсибова «Почетным дипломом Президента Азербайджанской Республики» подробно...
27 ноября 2017, 09:11
О присвоении Г.A.Расуловой почетного звания «Заслуженный государственный служащий» подробно...
27 ноября 2017, 09:11
О награждении M.А.Mусаева орденом «Шараф» подробно...
24 ноября 2017, 09:11
О награждении A.Г.Aбиева орденом «Шараф» подробно...
20 ноября 2017, 09:11
О предоставлении персональной пенсии Президента Азербайджанской Республики подробно...
20 ноября 2017, 09:11
О награждении группы лиц, принимающих активное участие в общественно-политической жизни Азербайджанской Республики подробно...
20 ноября 2017, 09:11
О присвоении почетного звания «Заслуженный государственный служащий» подробно...