2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının seçki qanunvericiliyinə əsasən seçkilərin hazırlanması və keçirilməsi prosesi, nəticələrin rəsmiləşdirilməsi və ictimailəşdirilməsi, habelə komissiyaların fəaliyyəti seçicilər üçün aşkar olmalıdır.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası qanunvericiliyin bu tələblərinə əməl olunmasının təmin edilməsi məqsədilə seçkilərin hazırlanması və keçirilməsi prosesində aşkarlıq institutlarının normal fəaliyyəti, xüsusilə müşahidəçilik fəaliyyəti üçün daim hərtərəfli və geniş imkanlar yaratmışdır. Seçici siyahılarının mütəmadi olaraq nümayiş etdirilməsi, seçicilərin səsvermədə aktivliyi, səsvermənin gedişi və ilkin nəticələri barədə məlumatların seçicilərə çatdırılması və ictimaiyyətin aparılan proseslərlə yaxından tanış edilməsi üçün  davamlı tədbirlər görülmüş, bu prosesdə “Seçkilər” Avtomatlaşdırılmış İnformasiya Sistemi və kütləvi informasiya vasitələrinin imkanlarından səmərəli istifadə edilmişdir.

Geniş ictimaiyyət tərəfindən səsvermənin gedişinin müşahidə edilməsi, habelə məntəqə seçki komissiyalarının üzvləri tərəfindən seçki sənədləri ilə işin aparılması, heç bir qanunsuz müdaxilə olmadan seçicilərə səsvermə üçün zəruri şəraitin yaradılması, seçki bülletenlərinin seçki qutusuna salınması, səslərin sayılması, nəticələrin müəyyənləşdirilərək rəsmiləşdirilməsi prosesinin izlənilməsi və bununla da aşkarlığın daha geniş surətdə təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2008-ci ildən başlayaraq seçkilərdə əlavə tədbirlər qismində, Mərkəzi Seçki Komissiyası İnformasiya Mərkəzinin sisteminə qoşulmaqla, mövcud seçki məntəqələrinin 500-də (beş yüz) (təqribən 10 faizində), sonradan isə 1000-də (min) (təqribən 20 faizində) veb-kameralar tətbiq etmişdir. Seçkilərin gedişini izləmiş çoxsaylı yerli və beynəlxalq subyektlər tərəfindən yüksək qiymətləndirilərək uğurlu hesab edildiyindən, hazırda həmin təcrübənin davam etdirilməsi məqsədəmüvafiqdir.

Ona görə də Mərkəzi Seçki Komissiyası hesab edir ki, 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində də bu ənənəyə sadiq qalınmalı, veb-kameralar vasitəsilə keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün zəruri olan texniki və digər şərtlər müəyyən olunduqdan sonra işğal edilmiş ərazilər istisna olmaqla, respublika ərazisinin tam əhatə olunması prinsipi əsas götürülərək, ərazilərində seçki keçirilən seçki dairələri üzrə 1000 (min) seçki məntəqəsində veb-kameralar quraşdırılmalıdır. Bu fəaliyyət başa çatdıqdan sonra veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı səsvermə gününə 5 gün qalmışdan gec olmayaraq dərc edilməklə ictimailəşdirilməlidir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.10, 25.2.16, 28.2-ci, 28.4-cü, 40.1 və 110-cu maddələrinə, habelə “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsi Qaydaları”na  əsasən qərara alır :

1. 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində  səsvermə günü seçki məntəqələrində seçki prosesinin əvvəldən axıradək izlənilməsi məqsədilə, ərazilərində seçki keçirilən seçki dairələri üzrə 1000 (min) seçki məntəqəsində veb-kameralar quraşdırılsın.

2. Ermənistan tərəfindən işğal edilmiş ərazilər istisna olmaqla, respublika ərazisinin tam əhatə olunması,  keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi prinsipləri əsas götürülərək, veb-kameraların quraşdırılması üçün zəruri olan texniki və digər şərtlərin müəyyən olunması ilə əlaqədar müvafiq tədbirlər görülsün.

3. Proses başa çatdıqdan sonra veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı səsvermə gününə 5 gün qalmışdan gec olmayaraq dərc edilsin.

4. Qərarın icrası aidiyyəti üzrə müvafiq qurumlara həvalə edilsin.

5. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 Sədr               Məzahir Pənahov

Katib                Arifə Muxtarova

Katib                Mikayıl Rəhimov

1 декабря 2014, 09:12

http://www.azertag.net

2911—2920 из 3607

19 ноября 2014, 10:11

О досрочном прекращении полномочий судьи Газахского районного суда Э.М.Джабиева   подробно...

19 ноября 2014, 10:11

Об изменении места работы председателя Нахчыванского городского суда Г.М.Мамедова   подробно...

19 ноября 2014, 10:11

О присвоении почетных званий сотрудникам Азербайджанского университета кооперации и Бакинского колледжа бизнеса и кооперации   подробно...

19 ноября 2014, 09:11

О награждении медалью «Терегги» сотрудников Азербайджанского университета кооперации и Бакинского колледжа бизнеса и кооперации   подробно...

19 ноября 2014, 09:11

Об освобождении Э.И.Мирзоева от должности генерального директора Бакинского международного морского торгового порта   подробно...

19 ноября 2014, 09:11

О назначении Т.М.Зиядова генеральным директором Бакинского международного морского торгового порта   подробно...

18 ноября 2014, 09:11

Президенту Латвийской Республики Его превосходительству господину Андрису Берзиньшу   подробно...

18 ноября 2014, 09:11

Султану Омана Его величеству Кабусу бен Саиду   подробно...

18 ноября 2014, 09:11

О дополнительных мерах по ускорению социально-экономического развития Шамкирского района   подробно...

18 ноября 2014, 09:11

Участникам международной конференции на тему «Укрепление религиозной толерантности (азербайджанская модель, вызовы в регионе ОБСЕ и за его пределами)»   подробно...