Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 noyabr tarixli 173 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydalar"da dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 11

Bakı şəhəri, 17 yanvar 2014-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 noyabr tarixli 173 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydalar"da dəyişiklik edilməsi barədə

 "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 750-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 noyabr tarixli 57 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 noyabr tarixli 173 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 11, maddə 934; 2010, № 3, maddə 264; 2011, № 8, maddə 786; 2012, № 10, maddə 1023) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydalar"ın 4.9-cu bəndində "bayrağı" sözü "Dövlət bayrağı" sözləri ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə 

30 января 2014, 09:01

http://cabmin.gov.az/

3291—3300 из 3607

6 мая 2014, 09:05

О назначении Т.Р.Мехтиева заместителем министра по чрезвычайным ситуациям Азербайджанской Республики   подробно...

5 мая 2014, 12:05

Пятая часть платы за каждый паспорт пойдёт в «карман» полиции   подробно...

5 мая 2014, 09:05

О награждении орденом «Шохрат» Н.Н.Новрузова   подробно...

5 мая 2014, 09:05

О проведении 90-летнего юбилея Гусейна Арифа   подробно...

5 мая 2014, 09:05

О назначении Ф.Ш.Алиевой ректором Азербайджанского государственного университета культуры и искусства   подробно...

5 мая 2014, 09:05

О дополнительных мерах по ускорению социально- экономического развития Агдашского района   подробно...

5 мая 2014, 09:05

Об освобождении Э.Г.Искендерова от должности председателя Государственного комитета Азербайджанской Республики по работе с религиозными образованиями   подробно...

2 мая 2014, 16:05

Министр обороны Азербайджана обсудил с главой МИД Израиля военно-политическую ситуацию в регионе   подробно...

2 мая 2014, 09:05

В азербайджанских вузах закрыты все заочные отделения   подробно...

1 мая 2014, 17:05

В Азербайджане зарегистрировано второе объединение собственников жилья   подробно...