2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 noyabr 2014-cü il tarixli 10 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 76 saylı Lənkəran – Astara seçki dairəsindən Mamusta bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Quliyev Fərrux Cəbrayıl oğlu 24 noyabr 2014-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyası qərarının əsassız olduğunu bildirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Araşdırma prosesində ərizəçi ilə əlaqə yaradılmış, araşdırmada iştirak etmək hüququ barədə ona məlumat verilmişdir.
Vətəndaş F.C.Quliyev şikayətini onunla əsaslandırmışdır ki, 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 76 saylı Lənkəran – Astara seçki dairəsindən Mamusta bələdiyyəsi üzrə namizədliyini irəli sürmüş, həmin bələdiyyə ərazisində seçicilərin imzasını toplayaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədləri DSK-ya təqdim etmiş, ancaq dairə seçki komissiyasının 20 noyabr 2014-cü il tarixli, 11/30-2 saylı qərarı ilə əsassız olaraq namizədliyinin qeydə alınmasından imtina edilmişdir.
Dairə seçki komissiyası F.C.Quliyevin namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə 20 noyabr 2014-cü il tarixli, 11/30-2 saylı qərarını onunla əsaslandırmışdır ki, imza vərəqəsi və ona əlavə edilmiş sənədlərin yoxlanılması üçün işçi qrupuna cəlb edilmiş mütəxəssis tərəfindən verilmiş rəyə əsasən təqdim edilmiş imza vərəqəsində olan 50 seçici imzasından 25-i etibarsız hesab edilmişdir. Ona görə də etibarlı hesab edilən seçici imzalarının sayı namizədin qeydə alınması üçün kifayət etməmişdir.
Araşdırma prosesində Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədliyin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 24 noyabr 2014-cü il tarixli rəylər və protokoldan görünür ki, bələdiyyə üzvlüyünə namizəd F.C.Quliyevin namizədliyinin qeydə alınması üçün təqdim etdiyi imza vərəqəsində olan seçici imzaları Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalara uyğun toplanılmışdır. Namizəd tərəfindən toplanılmış 50 seçici imzası etibarlı hesab edilmişdir.
Seçki Məcəlləsinin 215.1.5-ci maddəsinə əsasən əhalisi 4.999-dan çox olan ərazidə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş 30 seçici imzası toplamalıdır. Müvafiq icra hakimiyyəti orqanının təqdim etdiyi arayışla təsdiq olunur ki, Mamusta bələdiyyəsinin əhatə etdiyi ərazidə əhalinin sayı Seçki Məcəlləsinin yuxarıda qeyd edilən maddəsi ilə müəyyən edilmiş say həddindədir. Namizədin təqdim etdiyi imza vərəqəsində etibarlı hesab edilən imzaların sayı həmin bələdiyyə üzrə namizədliyin qeydə alınması üçün kifayət etdiyindən onun namizədliyinin qeydə alınması üçün hüquqi əsaslar yaranmışdır.
Beləliklə, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma ilə dairə seçki komissiyasının mübahisələndirilən qərarının ləğv edilməsi və şikayətin təmin edilməsi üçün hüquqi əsasların olması müəyyən edilmişdir.
Göstərilənlərə əsasən şikayət əsaslı olduğundan təmin edilməli, 76 saylı Lənkəran-Astara seçki dairəsi dairə seçki komissiyasının F.C.Quliyevin namizədliyinin Mamusta bələdiyyəsi üzvlüyünə qeydə alınmasından imtina edilməsi barədə 20 noyabr 2014-cü il tarixli 11/30-2 saylı qərarı ləğv edilməli, onun həmin seçki dairəsindən bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınmalıdır.
Yuxarıda göstərilənlər əsas götürülərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 28.4-cü, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 215.1.5-ci, 216.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. 76 saylı Lənkəran-Astara seçki dairəsindən Mamusta bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Quliyev Fərrux Cəbrayıl oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 noyabr 2014-cü il tarixli 10 saylı şikayəti təmin edilsin, onun namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 20 noyabr 2014-cü il tarixli 11/30-2 saylı qərarı ləğv edilsin.
2. 76 saylı Lənkəran-Astara seçki dairəsindən Mamusta bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Quliyev Fərrux Cəbrayıl oğlunun bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınsın.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
27 ноября 2014, 09:1118 марта 2014, 09:03
О присвоении Ф.Н.Алекберову высшего специального звания государственного советника миграционной службы III класса подробно...
18 марта 2014, 09:03
О награждении медалью «За отличие на службе в миграционных органах» сотрудников Государственной миграционной службы Азербайджанской Республики подробно...
18 марта 2014, 09:03
Об освобождении М.И.Мадатова от должности заместителя председателя Закрытого акционерного общества «Азербайджанское Каспийское морское пароходство» подробно...
18 марта 2014, 09:03
О назначении З.Г.Гусейнова судьей Сумгайытского городского суда и председателем данного суда подробно...
18 марта 2014, 09:03
Об освобождении Э.К.Асланова от должности заведующего Отделом политического анализа и информационного обеспечения Администрации Президента Азербайджанской Республики подробно...
18 марта 2014, 09:03
О назначении А.А.Гаджиева ректором Бакинского славянского университета подробно...
17 марта 2014, 17:03
Освобождён от должности глава отдела политического анализа и информационного обеспечения Администрации президента подробно...
17 марта 2014, 16:03
В Азербайджане введены новые нормы загрузки для крупнотоннажных машин подробно...
17 марта 2014, 14:03
Правила повышения энергетической эффективности и экономии энергетических ресурсов утвердил Азербайджан подробно...
17 марта 2014, 09:03
О проведении 70-летнего юбилея Национальной Академии Наук Азербайджана подробно...