89 saylı Göyçay-Ağdaş seçki dairəsi dairə seçki komissiyasının üzvü Elmira Abdulla qızı Ələsgərovanın səlahiyyətlərinə müvəqqəti olaraq xitam verilməsi barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 22.1-ci maddəsinə görə namizədlərin, qeydə alınmış namizədlərin Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yaxın qohumları (həyat yoldaşı və həyat yoldaşının yaxın qohumları, uşaqlar, valideynlər, övladlığa götürülənlər, qardaşlar, bacılar, nəvələr, babalar, nənələr) seçki komissiyasının həlledici səs hüquqlu üzvü kimi fəaliyyət göstərə bilməzlər. Belə olduqda və bu hal seçki komissiyasının üzvünü təyin edən orqan tərəfindən təsdiq edildikdə, seçki komissiyası üzvünün səlahiyyətlərinə müvəqqəti xitam verilir və onu əvəzedici üzv əvəz edir.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 21 oktyabr 2014-cü il tarixli 4/25 saylı qərarı ilə 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Göyçay bələdiyyəsi üzrə namizədliyini irəli sürmüş namizədlə yaxın qohumluq əlaqəsi olduğundan, 89 saylı Göyçay-Ağdaş seçki dairəsi dairə seçki komissiyasının üzvü Elmira Abdulla qızı Ələsgərovanın səlahiyyətlərinə 2014-cü il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin yekunları elan olunanadək müvəqqəti xitam verilməlidir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.7-ci, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq   qərara alır:

89 saylı Göyçay-Ağdaş seçki dairəsi dairə seçki komissiyasının üzvü Elmira Abdulla qızı Ələsgərovanın səlahiyyətlərinə 2014-cü il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin yekunları elan olunanadək müvəqqəti xitam verilsin.

 

Sədr   Məzahir Pənahov

Katib    Arifə Muxtarova

Katib    Mikayıl Rəhimov

26 ноября 2014, 09:11

http://www.azertag.net

2841—2850 из 3607

8 января 2015, 09:01

О награждении орденом «Шохрат» А.Д.Ахмедзаде   подробно...

7 января 2015, 09:01

О награждении орденом «Шохрат» А.Г.Шарифова   подробно...

7 января 2015, 09:01

О дополнительных мерах по улучшению обеспечения населения экологически чистой водой   подробно...

30 декабря 2014, 09:12

О награждении орденом «Шохрат» А.Н.Алыева   подробно...

30 декабря 2014, 09:12

О помиловании ряда осужденных лиц   подробно...

30 декабря 2014, 09:12

О награждении О.С.Асадова орденом «Шараф»   подробно...

22 декабря 2014, 09:12

О предоставлении персональных пенсий Президента Азербайджанской Республики   подробно...

22 декабря 2014, 09:12

О присвоении почетных званий спортивным специалистам Азербайджанской Республики   подробно...

22 декабря 2014, 09:12

О мерах по строительству автомобильной дороги Гусарчай-Пиргулуоба-Ени Хаят Хачмазского района   подробно...

22 декабря 2014, 09:12

Участникам Первого съезда азербайджанских ученых   подробно...