23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olmuş 22 noyabr 2014-cü il tarixli, 06 saylı  müraciətə baxılmasına dair

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində 84 saylı Füzuli seçki dairəsindən Böyük Bəhmənli bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İsmayılov Musa Burcubay oğlu 22 noyabr 2014-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına teleqramla müraciət edərək onun namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyası qərarının ləğv edilməsini və namizəd kimi qeydə alınması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimata uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Vətəndaş M.B.İsmayılov şikayətini onunla əsaslandırmışdır ki, 23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkilərində 84 saylı Füzuli seçki dairəsindən Böyük Bəhmənli bələdiyyəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş, həmin bələdiyyə ərazisində namizədin müdafiəsi üçün qanunla müəyyən olunmuş 30 seçici imzası əvəzinə 34 imza toplayaraq imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədləri DSK-ya təqdim etmiş, ancaq dairə seçki komissiyasının 17 noyabr 2014-cü il tarixli, 16/3 saylı qərarı ilə əsassız olaraq onun namizəd kimi qeydə alınmasından imtina edilmişdir.

Müraciət etmiş şəxsə araşdırma aparılması barədə məlumat verilmiş, ona araşdırmada iştirak etmək hüququ izah edilmişdir. Namizəd bildirmişdir ki, imza vərəqəsində imzaların qoyulması tarixində texniki səhv olaraq noyabr əvəzinə oktyabr yazılmış və həmin səhvin aradan qaldırılması məqsədilə ona yenidən imza toplamaq üçün imza vərəqəsi verilməsini dairə seçki komissiyasından xahiş etmiş, ancaq DSK-dan bunun mümkün olmadığını bildirdikləri üçün, həmin düzəliş onun özü tərəfindən edilmişdir.

Dairə seçki komissiyası M.B.İsmayılovun bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 17 noyabr 2014-cü il tarixli, 16/3 saylı qərarını onunla əsaslandırmışdır ki, namizədin təqdim etdiyi imza vərəqəsində olan 34 imzanın 32-nin qarşısında imzanın qoyulma tarixində düzəlişlər edilmiş və həmin düzəlişlər imza vərəqəsini təsdiq edən şəxs tərəfindən təsdiq edilməli olduğu halda təsdiq etməmişdir.

Araşdırma prosesində dairə seçki komissiyasının mübahisələndirilən qərarının çıxarılmasına əsas olmuş namizədin qeydə alınması üçün təqdim edilmiş sənədlər dairə seçki komissiyasından tələb edilərək müvafiq araşdırma aparılıb rəy verilməsi üçün Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış işçi qrupuna təqdim olunmuşdur. İşçi qrupu tərəfindən namizədin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 23 noyabr 2014-cü il tarixli rəy və protokoldan görünür ki, bələdiyyə üzvlüyünə namizədliyi təsdiq edilmiş M.B.İsmayılovun namizəd kimi qeydə alınması üçün təqdim etdiyi imza vərəqəsində olan seçici imzaları Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalara uyğun toplanılmışdır. Namizəd Musa İsmayılov tərəfindən toplanılmış 34 seçici imzasının hamısı etibarlı hesab edilmişdir. Etibarlı hesab edilən imzaların sayı həmin bələdiyyə üzrə namizədin qeydə alınması üçün kifayət etdiyindən və zəruri olan digər sənədlər Seçki Məcəlləsinin tələblərinə uyğun olunduğundan onun namizəd kimi qeydə alınması üçün hüquqi əsaslar yaranmışdır.

Belə ki, Seçki Məcəlləsinin 215.1.5-ci maddəsinə əsasən əhalisi 4.999-dan çox olan ərazidə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş 30 etibarlı seçici imzası toplamalıdır. Böyük Bəhmənli bələdiyyəsinin əhatə etdiyi ərazidə əhalinin sayı Seçki Məcəlləsinin yuxarıda qeyd edilən maddəsi ilə müəyyən edilmiş say həddindədir.

İmzaların verilməsi tarixində düzəlişlərin namizəd tərəfindən edilməsinə gəldikdə isə dairə seçki komissiyası sədrinin izahatında və ərizəçinin müraciətində təqdim edilmiş imza vərəqəsində olan düzəlişlərin namizəd tərəfindən edildiyi bir daha təsdiqlənir.

Seçki Məcəlləsinin 60.4-cü maddəsinə görə, müvafiq sənədlərdə səhvlər və pozuntular namizəd tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, seçki komissiyası namizədi 24 saat müddətində bu haqda xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra namizədi qeydə alır. Dairə seçki komissiyası M.B.İsmayılovun namizəd kimi qeydə alınmasından imtinaya dair qərar qəbul edərkən həmin maddənin tələblərini nəzərə almamışdır.

Göstərilənlərə əsasən şikayət əsaslı olduğundan təmin edilməli, 84 saylı Füzuli seçki dairəsi dairə seçki komissiyasının M.B.İsmayılovun namizəd kimi Böyük Bəhmənli bələdiyyəsi üzvlüyünə qeydə alınmasından imtina edilməsi barədə 17 noyabr 2014-cü il tarixli 16/3 saylı qərarı ləğv edilməli, o həmin seçki dairəsindən bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmalıdır.

Yuxarıda göstərilənlər əsas götürülərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 28.4-cü, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 215.1.5-ci, 216.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən   qərara alır : 

1. 84 saylı Füzuli seçki dairəsindən Böyük Bəhmənli bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İsmayılov Musa Burcubay oğlunun 22 noyabr 2014-cü il tarixli 06 saylı şikayəti təmin edilsin, onun namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 17 noyabr 2014-cü il tarixli 16/3 saylı qərarı ləğv edilsin.

2. 84 saylı Füzuli seçki dairəsindən Böyük Bəhmənli bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İsmayılov Musa Burcubay oğlunun bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınsın.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 Sədr    Məzahir Pənahov

Katib    Arifə Muxtarova

Katib    Mikayıl Rəhimov

26 ноября 2014, 09:11

http://www.azertag.net

51—60 из 3607

28 декабря 2022, 08:12

Распоряжение Президента Азербайджанской Республики О награждении группы сотрудников Государственного агентства по оказанию услуг гражданам и социальным инновациям при Президенте Азербайджанской Республики   подробно...

26 декабря 2022, 16:12

Распоряжение Президента Азербайджанской Республики О награждении Ф.Ш.Бадалбейли орденом «Шараф»   подробно...

22 декабря 2022, 14:12

Распоряжение Президента Азербайджанской Республики О назначении З.И.Фати-заде председателем Правления Службы финансового мониторинга Азербайджанской Республики   подробно...

22 декабря 2022, 14:12

Распоряжение Президента Азербайджанской Республики О назначении А.Г.Керимли первым заместителем министра культуры Азербайджанской Республики   подробно...

22 декабря 2022, 14:12

Распоряжение Президента Азербайджанской Республики Об освобождении А.Г.Керимли от должности первого заместителя директора Центра Гейдара Алиева   подробно...

22 декабря 2022, 14:12

Распоряжение Президента Азербайджанской Республики Об освобождении А.Г.Керимова от должности министра культуры Азербайджанской Республики   подробно...

21 декабря 2022, 08:12

Распоряжение Президента Азербайджанской Республики О мерах, связанных с проведением в 2023 году очередного конкурса «Восхождение»   подробно...

21 декабря 2022, 08:12

Распоряжение Президента Азербайджанской Республики О награждении О.Г.Эльдарова орденом «Эмек» 1-й степени   подробно...

21 декабря 2022, 08:12

Распоряжение Президента Азербайджанской Республики О регулировании должностных окладов сотрудников Государственной миграционной службы Азербайджанской Республики, имеющих специальное звание   подробно...

16 декабря 2022, 08:12

Распоряжение Президента Азербайджанской Республики О досрочном прекращении полномочий судьи Сабунчинского районного суда города Баку С.А.Агаева   подробно...