“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1071-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1071-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, viza verilməsi zamanı Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri və konsulluqları tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyat qaydaları barədə məlumatlandırılmasını təmin etsin.

4. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 80.6-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir.

5. “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803; 2014, № 9, maddə 1050; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 4 noyabr tarixli 342 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 5.4-cü bənddə “80.6-cı maddəsində (birinci halda),” sözlərindən sonra “80.6-1-ci maddəsində,” sözləri əlavə edilsin;

5.2. 5.5-ci bənddə “Daxili İşlər Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi,” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 noyabr 2014-cü il.

24 ноября 2014, 09:11

http://www.azertag.net

3061—3070 из 3607

27 августа 2014, 15:08

Министерства труда и соцзащиты Азербайджана и Турции ведут обмен опытом   подробно...

27 августа 2014, 10:08

Технический комитет по метрологии учреждён в Азербайджане   подробно...

26 августа 2014, 12:08

Повышены должностные оклады отдельных государственных служащих   подробно...

25 августа 2014, 09:08

О награждении военнослужащих Особой службы государственной охраны Азербайджанской Республики   подробно...

22 августа 2014, 09:08

Практически каждый второй претендент на место в специализированных лицеях был отсеян   подробно...

22 августа 2014, 09:08

О дополнительных мерах по строительству автомобильных дорог Рустов-Ханегях-Гюрдех, Рустов-Нойдюн-Шудуг, Рустов-Меджкехадже, Рустов-Бахчалы-Екдар Губинского района   подробно...

21 августа 2014, 12:08

Адресная социальная помощь поставлена под online-надзор   подробно...

21 августа 2014, 09:08

О мерах по строительству автомобильной дороги Товуз-Хунанлар-Гараханлы-Дюз Джырдахан Товузского района   подробно...

20 августа 2014, 16:08

Европейская комиссия готовит конференцию по экологической безопасности Азербайджана   подробно...

20 августа 2014, 09:08

О дополнительных мерах по строительству автомобильной дороги Нода-Шингедулан-Ханегях Лерикского района   подробно...