“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1053-IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1053-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini, müvafiq olaraq, hərbi qulluqçunun xidmət etdiyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 noyabr 2014-cü il.
24 ноября 2014, 09:1127 февраля 2015, 09:02
О награждении медалью «Терегги» сотрудников Азербайджанского государственного информационного агентства (АзерТАдж) подробно...
27 февраля 2015, 09:02
Об именовании Азербайджанского государственного телеграфного агентства (АзерТАдж) Азербайджанским государственным информационным агентством (АзерТАдж) подробно...
26 февраля 2015, 09:02
О награждении орденом «Шохрат» А.Т.Раси-заде подробно...
26 февраля 2015, 09:02
О дополнительных мерах по ускорению капитального ремонта жилищного фонда города Мингячевир и приобретению коммунальной техники подробно...
24 февраля 2015, 09:02
Об усовершенствовании системы адресной государственной социальной помощи подробно...
24 февраля 2015, 09:02
О награждении орденом «Шохрат» С.Г.Ильясова подробно...
24 февраля 2015, 09:02
О назначении А.М.Гасанова помощником Президента Азербайджанской Республики по общественно-политическим вопросам подробно...
23 февраля 2015, 09:02
О проведении 200-летия первого перевода и издания «Китаби-Деде Горгуд» на немецком языке подробно...
20 февраля 2015, 09:02
О награждении работников Открытого акционерного общества «Азерйолсервис» подробно...
16 февраля 2015, 09:02
О награждении В.Г. Смирнова орденом «Достлуг» («Дружба») подробно...