“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1056-IVQD nömrəli Qanununun tətbiqi və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 iyun tarixli 493 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1056-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin ikinci və səkkizinci hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir.
4. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 iyun tarixli 493 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 89; 2009, № 7, maddə 532; 2013, № 9, maddə 1041) 2.2-ci bəndində “ikinci” sözündən sonra “(hər iki halda)” sözləri əlavə edilsin, “və altıncı hissəsinin birinci cümləsində” sözləri “, altıncı hissəsinin birinci cümləsində və səkkizinci hissəsində” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 noyabr 2014-cü il.
24 ноября 2014, 09:11
5 ноября 2021, 07:11
Распоряжение Президента Азербайджанской Республики О предоставлении М.М.Алекберову персональной пенсии Президента Азербайджанской Республики подробно...
20 октября 2021, 19:10
Распоряжение Президента Азербайджанской Республики О мерах по подготовке Генерального плана города Зангилан, расположенного в Восточно-Зангезурском экономическом районе подробно...
20 октября 2021, 19:10
Распоряжение Президента Азербайджанской Республики О мерах по организации деятельности Беситчайского государственного природного заповедника Азербайджанской Республики подробно...
19 октября 2021, 18:10
Распоряжение Президента Азербайджанской Республики О награждении В.Ф.Алескерова орденом «За службу Отечеству» 1-й степени подробно...
19 октября 2021, 18:10
Распоряжение Президента Азербайджанской Республики О награждении М.А.Алиева орденом «Шохрат» подробно...
16 октября 2021, 19:10
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах в области защиты социального благосостояния населения подробно...
16 октября 2021, 19:10
Распоряжение Президента Азербайджанской Республики О присвоении почетных званий деятелям культуры Азербайджанской Республики подробно...
16 октября 2021, 19:10
Распоряжение Президента Азербайджанской Республики О награждении деятелей культуры Азербайджанской Республики подробно...
16 октября 2021, 19:10
Закон Азербайджанской Республики О Дне независимости подробно...
15 октября 2021, 07:10
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Баку-Шамаха-Евлах (33 км)-Пирекешкюль Абшеронского района подробно...