Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsini Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213; 2001, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003, № 1, maddələr 9, 23; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053; 2008, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11, maddə 960; 2009, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr 949, 969; 2010, № 2, maddələr 70, 75, № 4, maddə 275; 2011, № 1, maddə 11, № 2, maddələr 70, 71, № 6, maddə 464, № 7, maddə 598; 2012, № 11, maddə 1054; 2013, № 2, maddələr 89, 101, № 11, maddə 1268; 2014, № 2, maddə 92) 13-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:
“4. İşəgötürənlər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, işə cəlb etmək istədikləri hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs üçün həmin Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərlə iş icazəsi almalıdırlar.”.
2. Aşağıdakı məzmunda 5-6-cı hissələr əlavə edilsin:
“5. Əməkçi miqrantların əmək fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində nəzərdə tutulmayan məsələlər bu Məcəllə ilə tənzimlənir.
6. İşəgötürənlər tərəfindən əməkçi miqrantların hüquqlarının təmin edilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 oktyabr 2014-cü il.
24 ноября 2014, 09:1113 июня 2016, 09:06
О назначении В.А.Мурадова председателем Правления Открытого акционерного общества «Азерхалча» подробно...
13 июня 2016, 09:06
О назначении А.А.Рзаевой почетным консулом Азербайджанской Республики в Австралийском Союзе подробно...
13 июня 2016, 09:06
О дополнительных мерах по продолжению замены кровельных покрытий многоквартирных зданий и капитального ремонта городских автомобильных дорог в городе Сумгайыт подробно...
13 июня 2016, 09:06
О назначении М.И.Салимзаде на должность главы Исполнительной власти Гейчайского района подробно...
13 июня 2016, 09:06
Об освобождении М.А.Агаева от должности главы Исполнительной власти Гейчайского района подробно...
10 июня 2016, 09:06
О реализации проекта «Совместный Азербайджано-французский университет (UFAZ)» подробно...
7 июня 2016, 09:06
О присвоении Р.М.Фаталиеву почетного звания «Народный артист» подробно...
7 июня 2016, 09:06
О награждении Р.М.Фаталиева орденом «Шохрат» подробно...
6 июня 2016, 09:06
О назначении Г.Г.Салимова судьей Балакенского районного суда подробно...
6 июня 2016, 09:06
О назначении А.М.Аббасова судьей Бакинского суда по тяжким преступлениям подробно...