“Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1061-IVQD nömrəli Qanununun tətbiqi və “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 164 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1061-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki, “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 7-1.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir.

4. “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 164 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 426; 2003, № 10, maddə 571; 2009, № 4, maddə 226) 2-ci hissəsinin ikinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“həmin Qanunun 7-1.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 noyabr 2014-cü il.

24 ноября 2014, 09:11

http://www.azertag.net

3111—3120 из 3607

22 июля 2014, 15:07

Коммунальные, технические и антимонопольные проверки бизнеса ограничены в Азербайджане   подробно...

22 июля 2014, 09:07

Энергетический надзор введён в Азербайджане   подробно...

22 июля 2014, 09:07

О назначении М.Г.Гурбанлы председателем Государственного комитета Азербайджанской Республики по работе с религиозными образованиями   подробно...

21 июля 2014, 16:07

Мубариз Гурбанлы назначен председателем комитета по делам религиозных учреждений   подробно...

21 июля 2014, 15:07

Фирудин Гурбанов назначен заместителем министра образования Азербайджана   подробно...

21 июля 2014, 09:07

О назначении членов Попечительского совета Фонда знаний при Президенте Азербайджанской Республики   подробно...

21 июля 2014, 09:07

О дополнительных мерах по ускорению социально-экономического развития города Ширван   подробно...

18 июля 2014, 13:07

Персонал Фонда знаний поставлен на довольствие в Азербайджане   подробно...

18 июля 2014, 10:07

Утверждены формы запроса и уведомления о предоставлении муниципальных земель   подробно...

17 июля 2014, 16:07

ЦБА изменит сроки исполнения Государственной программы стимулирования безналичных расчётов   подробно...