2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 21 noyabr 2014-cü il tarixli 03 saylı müraciətə baxılması barədə Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Əliyev Qəndəli Aşur oğlu 2014-cü il noyabrın 21-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına teleqramla müraciət edərək, 28 saylı Sabunçu üçüncü seçki dairəsindən bələdiyyə üzvlüyünə namizədliyini irəli sürmək istədiyini, ancaq ona dairə seçki komissiyası tərəfindən bununla bağlı gec müraciət etdiyi bildirilmişdir. Ona görə də iddiaçı, Mərkəzi Seçki Komissiyasından, onun namizədliyinin irəli sürülməsində köməklik göstərilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq icraata qəbul edilmiş və Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipi əsas götürülərək ərizəçinin müraciəti Mərkəzi Seçki Komissiyası tərəfindən qanunla müəyyən olunmuş müddətdə və qaydada araşdırılmışdır.
Araşdırma prosesində ərizəçi ilə əlaqə yaradılmış, araşdırmada iştirak etmək hüququ barədə ona məlumat verilmiş, araşdırmaya yardım etməyə dəvət olunaraq müraciətdə qeyd edilən hallarla əlaqədar əlavə sübutlara malikdirsə, ona həmin sübutların təqdim edilməsi təklif edilmişdir.
Araşdırma zamanı 28 saylı Sabunçu üçüncü seçki dairəsi dairə seçki komissiyasının sədri bildirmişdir ki, vətəndaş Q.A.Əliyev bələdiyyə üzvlüyünə namizədliyinin irəli sürülməsi ilə bağlı komissiyaya müraciət etməmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 53-cü maddəsinə görə vətəndaş namizədliyini öz təşəbbüsü ilə irəli sürə bilər, o şərtlə ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin. Namizəd müvafiq seçki komissiyasına yazılı bildiriş verir. Həmin bildirişdə namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, bundan başqa, irəli sürülən namizədin əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda — fəaliyyət növü) göstərilməlidir.
Müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, namizədliyin müvafiq seçki dairəsi üzrə irəli sürülməsini təsdiq edən qərar təqdim edir. Müvafiq seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz.
Beləliklə, Mərkəzi Seçki Komissiyası qeyd edilənləri əsas götürərək hesab edir ki, Q.A.Əliyevin müraciəti təmin edilməli və namizədliyin irəli sürülməsi üçün şərait yaradılması 28 saylı Sabunçu üçüncü seçki dairəsi dairə seçki komissiyasının diqqətinə çatdırılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 53-cü, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Əliyev Qəndəli Aşur oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 21 noyabr 2014-cü il tarixli 03 saylı müraciəti təmin edilsin və namizədliyin irəli sürülməsi üçün şərait yaradılması 28 saylı Sabunçu üçüncü seçki dairəsi dairə seçki komissiyasının diqqətinə çatdırılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
24 ноября 2014, 09:118 мая 2015, 09:05
Об обеспечении деятельности Фонда тюркской культуры и наследия подробно...
8 мая 2015, 09:05
О награждении орденом «Шараф» М.М.Ибрагимбекова подробно...
7 мая 2015, 09:05
О предоставлении деятелям искусств премий Президента Азербайджанской Республики подробно...
7 мая 2015, 09:05
О предоставлении А.Б.Сафаровой персональной пенсии Президента Азербайджанской Республики подробно...
5 мая 2015, 09:05
О награждении Х.Г.Юсифли орденом «Шохрат» подробно...
5 мая 2015, 09:05
Об утверждении Протокола между Правительством Азербайджанской Республики и Правительством Турецкой Республики относительно долга, возникшего в связи с обменом электроэнергией подробно...
5 мая 2015, 09:05
О применении Закона Азербайджанской Республики от 3 апреля 2015 года номер 1249-IVQD «О внесении изменения в Закон Азербайджанской Республики «О воинской обязанности и военной службе» подробно...
5 мая 2015, 09:05
Об освобождении Р.Р.Мамедова от должности начальника Управления Комплекса Площади Государственного флага при Кабинете Министров Азербайджанской Республики подробно...
4 мая 2015, 09:05
О мерах по строительству автомобильной дороги Саатлы-Сарыджалар-Гара Нуру-Ширинбейли-Фаталикенд-Азадкенд Саатлинского района подробно...
1 мая 2015, 09:05
О назначении З.Б.Гаралова генеральным прокурором Азербайджанской Республики подробно...