Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 fevral tarixli 223 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 fevral tarixli 223 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi”ndə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 87) aşağıdakı dəyişikliklər edilsin:
1.1. Aşağıdakı məzmunda 3.1.7-1-ci yarımbənd əlavə edilsin:
“3.1.7-1. qrant layihələri çərçivəsində elmi məqsədlər üçün tələb olunan əsas vəsaitləri (elmi cihazları, avadanlıq və qurğuları, elmi fəaliyyət üçün məmulatları, ləvazimat və qeyri-maddi aktivləri və s.), iş və xidmətləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun satın alaraq, layihə icraçılarına təyinatı üzrə istifadə üçün təhvil verir;”;
1.2. 5.7-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.8-ci bənd əlavə edilsin:
“5.8. Maddi formada verilən bütün qrantların dəyəri Fond üçün maliyyə ili ərzində dövlət büdcəsindən ayrılmış ümumi məbləğin 35 faizindən artıq ola bilməz.”;
1.3. 6-cı hissə üzrə:
1.3.1. 6.2-ci bənddə “doqquz” sözü “on bir” sözləri ilə əvəz edilsin;
1.3.2. 6.3-cü bənddə “Şura” sözü “Şuranın sədri və” sözləri ilə əvəz edilsin;
1.3.3. 6.8-ci bənddə “sədri və” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 noyabr 2014-cü il.
21 ноября 2014, 09:118 июля 2014, 10:07
Лицензия Азербайджанского общественно-политического университета не продлена подробно...
8 июля 2014, 09:07
Студентам-педагогам станут доплачивать до 50% будущей зарплаты подробно...
7 июля 2014, 15:07
Спецификации по оборонному заказу утвердил Азербайджан подробно...
7 июля 2014, 09:07
О мерах по строительству автомобильной дороги Ени Зод-Чайкенд-Гарабулаг-Гушчу-Сарысу Гейгельского района подробно...
7 июля 2014, 09:07
О дополнительных мерах по строительству автомобильной дороги Гюнешли-Агайры-Исметли-Аранлы-Чинарлы-Алиабад Билясуварского района подробно...
4 июля 2014, 17:07
Государственный таможенный комитет Азербайджана уже выполнил годовой прогноз таможенных сборов на 48,47% подробно...
4 июля 2014, 15:07
Завершена пробная сельскохозяйственная перепись в Азербайджане подробно...
4 июля 2014, 14:07
Министерство образования Азербайджана выделит 5 тыс. манатов на общественные идеи по улучшению обучения подробно...
4 июля 2014, 09:07
О дополнительных мерах по строительству автомобильной дороги Ашагы Гейнюк-Баш Гейнюк-Баш Шабалыд города Шеки подробно...
3 июля 2014, 09:07
О мерах по строительству автомобильной дороги Гусар-Имамгулукенд-Гухуроба Гусарского района подробно...