“Cinayət yolu iləəldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1087-IVQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin  Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1087-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının

Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 noyabr 2014-cü il.

20 ноября 2014, 09:11

http://www.azertag.net

3041—3050 из 3607

5 сентября 2014, 10:09

Инициировано создание Азербайджанского альянса собраний   подробно...

5 сентября 2014, 09:09

Обязательное страхование недвижимости в Азербайджане растёт минимум на порядок   подробно...

5 сентября 2014, 09:09

О предоставлении И.Х.Оруджеву «Почетного диплома Президента Азербайджанской Республики»   подробно...

4 сентября 2014, 11:09

Парк высоких технологий подписал меморандум о сотрудничестве с Microsoft Corporation   подробно...

4 сентября 2014, 09:09

О награждении орденом «Гейдар Алиев» Реджепа Тайиба Эрдогана   подробно...

3 сентября 2014, 16:09

Лицеи и фармацевты попали в чёрный список в Азербайджане   подробно...

3 сентября 2014, 09:09

О награждении орденом «Шохрат» Н.М.Гулиева   подробно...

3 сентября 2014, 09:09

О мерах по проведению в городе Баку «Первого глобального форума по молодежной политике» и VI чемпионата мира по компьютерным играм   подробно...

2 сентября 2014, 15:09

Обязательное автомобильное страхование в августе упало к июлю, ускорило рост год к году   подробно...

2 сентября 2014, 09:09

Об установлении премий для спортсменов Азербайджанской Республики и их тренеров за самые высокие результаты на II юношеских летних Олимпийских играх в городе Нанкин Китайской Народной Республики   подробно...