Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, (II kitab), maddə 585; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003, № 6, maddə 276; 2004, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761, № 11, maddə 890; 2005, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686, № 10, maddə 874, № 12, maddə 1079; 2006, № 1, maddə 3, № 2, maddə 64, № 5, maddə 390, № 10, maddə 847, № 11, maddə 929, № 12, maddə 1032; 2007, № 2, maddələr 65, 68, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddə 1221; 2008, № 6, maddə 462, № 7, maddələr 606, 607, № 12, maddələr 1045, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 966; 2010, № 3, maddələr 171, 173, 178, № 7, maddə 593, № 12, maddə 1058; 2011, № 6, maddə 480, № 7, maddələr 589, 599; 2012, № 7, maddə 674, № 11, maddə 1062, № 12, maddə 1215; 2013, № 2, maddə 77, № 6, maddələr 616, 626, № 7, maddə 786, № 11, maddə 1265, № 12, maddə 1493; 2014, № 2, maddələr 90, 102, № 4, maddələr 328, 344; Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 949-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 7.0.31-ci maddədə “vəkalətnaməyə malik olan şəxsdir” sözləri “etibarnaməsi olan vəkil, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndə qismində dəvət etdiyi digər şəxs və ya zərər çəkmiş şəxsin qohumudur” sözləri ilə əvəz edilsin.

2. 19.2-ci maddədə “və ya onun qanuni nümayəndəsi, şübhəli, yaxud təqsirləndirilən şəxsin qanuni nümayəndəsi, habelə mülki cavabdeh” sözləri “, mülki cavabdeh və ya onların qanuni nümayəndələrinin” sözləri ilə əvəz edilsin, “özlərinin” sözündən sonra “bu Məcəllə ilə müəyyən edilmiş qaydada” sözləri əlavə edilsin.

3.92-ci maddə üzrə:

3.1. 92.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“92.5. Müdafiəçidən imtina etmiş şübhəli və ya təqsirləndirilən şəxsə bu Məcəllənin 92.3.1-ci maddəsinə əsasən sonradan müdafiəçi təyin edilməsi həmin vaxtadək aparılmış prosessual hərəkətlərin təkrarlanmasını məcburi edən hal deyil.”.

3.2. 92.13-cü maddədən “məhkəmə istintaqı başlananadək” sözləri çıxarılsın.

4. 102.2-ci maddə üzrə:

4.1. birinci cümlədə “zərər çəkmiş şəxsin,” sözləri çıxarılsın;

4.2. aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Cinayət prosesində zərər çəkmiş şəxsin nümayəndəsi qismində zərər çəkmiş şəxs tərəfindən verilmiş və notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan vəkillər və ya zərər çəkmiş şəxsin qohumları iştirak edə bilərlər.”.

5. 114.1.4-cü maddədə “təmsil etdiyi” sözlərindən sonra “zərər çəkmiş şəxs,” sözləri əlavə edilsin.

6. 340-cı maddə üzrə:

6.1. 340.2-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“İşdə bir neçə zərər çəkmiş şəxs (xüsusi ittihamçı), mülki iddiaçı, təqsirləndirilən şəxs, mülki cavabdeh iştirak etdikdə, məhkəmə iclasında sədrlik edən öz çıxışlarının ardıcıllığını müəyyən etmək üçün onlara vaxt verir.”.

6.2. aşağıdakı məzmunda 340.2-1-ci maddə əlavə edilsin:

“340.2-1. Dövlət ittihamı bir neçə dövlət ittihamçısı tərəfindən müdafiə edildikdə məhkəmə çıxışı onların öz razılığına əsasən müəyyən edilən dövlət ittihamçısı tərəfindən səsləndirilir. İşdə təqsirləndirilən şəxsin bir neçə müdafiəçisi, zərər çəkmiş şəxsin (xüsusi ittihamçının), mülki iddiaçının və ya mülki cavabdehin bir neçə nümayəndəsi olduqda məhkəmə çıxışını müdafiə və ya təmsil olunan şəxsin müəyyən etdiyi müdafiəçi və ya nümayəndə səsləndirir. Göstərilən hallarda müvafiq məhkəmə çıxışından sonra məhkəmə iclasında fasilə elan edilmədən digər dövlət ittihamçısı, müdafiəçi və ya nümayəndə məhkəmə çıxışına əlavələr səsləndirə bilər.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 oktyabr 2014-cü il.

20 ноября 2014, 09:11

http://www.azertag.net

2131—2140 из 3607

30 августа 2016, 09:08

О дополнительных мерах по строительству автомобильной дороги Лиман-Нариманабад-Балыгчылар Лянкяранского района   подробно...

29 августа 2016, 09:08

О дополнительных мерах по строительству автомобильной дороги Саатлы-Сарыджалар-Гара Нуру-Ширинбейли-Фаталикенд-Азадкенд Саатлинского района   подробно...

26 августа 2016, 09:08

О дополнительных мерах по строительству автомобильной дороги Суговушан-Гаралар-Гафарли-Ахмедабад-Нариманкенд-Хашимханлы Сабирабадского района   подробно...

25 августа 2016, 09:08

О дополнительных мерах по строительству автомобильной дороги Синджан-Хачмаз-Фильфили Огузского района   подробно...

24 августа 2016, 09:08

О дополнительных мерах по строительству автомобильных дорог Рустов-Ханегях-Гюрдех, Рустов-Нойдюн-Шудуг, Рустов-Маджкахаджа, Рустов-Бахчалы-Екдар Губинского района   подробно...

23 августа 2016, 09:08

О дополнительных мерах по строительству автомобильной дороги Алатамир-Марсан-Тасмалы-Заям-Лелели Гахского района   подробно...

23 августа 2016, 09:08

О присвоении Р.З.Абдурахманову высшего воинского звания генерал-майора   подробно...

23 августа 2016, 09:08

О присвоении А.И.Исмайлову почетного звания «Заслуженный инженер»   подробно...

23 августа 2016, 09:08

О награждении военнослужащих Особой службы государственной охраны Азербайджанской Республики   подробно...

22 августа 2016, 09:08

О дополнительных мерах по строительству автомобильной дороги между поселками Биринджи и Он биринджи Гайыдыш Физулинского района   подробно...